Azərbaycanda ata odun parçası ilə 6 yaşlı oğlunu döyərək öldürüb - TƏFƏRRÜATLAR – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ata odun parçası ilə 6 yaşlı oğlunu döyərək öldürüb - TƏFƏRRÜATLAR – FOTO

17:04 - 01 / 04 / 2016
Azərbaycanda ata odun parçası ilə 6 yaşlı oğlunu döyərək öldürüb - TƏFƏRRÜATLAR – FOTO

Ağstafada 6 yaşlı uşaq atası tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.

1news.az  xəbər verir ki, artıq hadisənin baş vermə səbəbi də bəlli olub. Belə ki, azyaşlının anası Jalə Musayevanın ANS PRESS-ə verdiyi məlumata görə, Şəmsəddin bacısı Sevgi ilə oynayarkən bacısı ilə dalaşıb. Atası isə uşağı bu əməlinə görə böyük bir odun parçası ilə döyməyə başlayıb:

“Famil uşağı döyərkən onun əlindən alıb evə apardıq. Əsəbi soyumayan Famil onun dalınca gələrək başından vurdu. Uşağın başı stula dəydi və xəsarət aldı. Nə qədər köməklik göstərsək də onun həyatını xilas etmək mümkün olmadı. Famil hətta Şəmsəddin öləndən sonra da kəndir axtarırdı ki, uşağın meyitini çarpayıya bağlayıb yenə döysün. Ancaq biz ona imkan vermədik”.

Kənd sakinləri isə Famil Pərvanəyevin əvvəllər məhkum olunduğunu, həyat yoldaşının ondan boşanmaq istədiyini, lakin Familin qadını boşanacağı halda öldürəcəyi ilə təhdid etdiyini bildirdilər.

Övladını döyərək öldürən kişi mütəmadi olaraq həyat yoldaşını da döyürmüş.

Ağstafada baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub. Ağstafa Rayon Polis İdarəsindən verilən məlumata görə, Qırılı kəndində əslən Qazax rayonunun Şəhidlər Xiyabanı küçəsindəki evlərdən birində qeydiyyatda olan 1979-cu il təvəllüdlü Famil Pərvanəyev oğlu 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevi ağacla döyməyə başlayıb. Familin oğluna ağacla vurduğu zərbələrdən biri onun başına dəyib və 6 yaşlı Şəmsəddin hadisə yerində dünyasını dəyişib. Həkimlər əraziyə gəldikdə uşaq dünyasını dəyişmiş olub. Hadisəni törədən şəxs artıq tutularaq istintaqa təhvil verilib.

Qırılı kənd icra nümayəndəsi Elxan Qurbanovun bildirdiyinə görə, Famil Pərvanəyevin Qazax rayonunda ailəsi və övladları olub:

“O daha sonra Qırılıya gələrək Şəmsəddinin anası ilə ailə qurub. Onların iki övladı vardı. Famil bir müddət ikinci həyat yoldaşını da Qazağa apardı və orada yaşadılar. Ancaq daha sonra Bakıya gedərək bir müddət də orada qaldılar. Yaxın günlərdə isə kəndə qayıtmışdılar. Mənim bildiyimə görə, hadisə ehtiyatsızlıqdan baş verib. Ancaq daha dəqiqini prokurorluq araşdırır”.

Xatırladaq ki, fevral ayının 16-da bənzər hadisə Beyləqanda da baş verib. Rayonun Yuxarı Kəbirli kəndində yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovla kənddən bir az aralıda yerləşən pay torpaqlarına gedib. Bir müddət sonra isə Z. İsgəndərov özündən yaşca kiçik qardaşına zəng vuraraq 6 yaşlı oğlunun boğazını kəsdiyini bildirib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb.

Məsələdən telefon vasitəsilə xəbər alan əmi və ailə üzvləri dərhal torpaq sahəsinə gedib. Onlar 6 yaşlı uşağın meyitini görüblər. Kənd sakinləri qətli törədən şəxsin psixoloji problemlərinin olmadığını, ancaq içki aludəçisi olduğunu bildirmişdilər.

Qətlə yetirilən uşaq kənd orta məktəbinin 1-ci sinif şagirdi olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6 yaşlı övladının boğazını kəsərək onu qətlə yetirməkdə şübhəli bilinən ata yaxalanıb.

1news.az

Paylaş:
3780

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər