“Brent” markalı neftin qiyməti bahalaşıb
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,02 dollar yaxud 0,05% bahalaşaraq 38,34 dollar/barel təşkil edib.
1news.az məlumatına görə, "Brent" markalı neft isə 1,07 dollar və ya 2,73% bahalaşaraq 40,33 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 44 dollar/barel olacağı gözlənilir.
1news.az
684