Maliyyə Bazarlarına Nəzarət Palatasında SECO-nun nümayəndə heyəti ilə görüş keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maliyyə Bazarlarına Nəzarət Palatasında SECO-nun nümayəndə heyəti ilə görüş keçirilib

17:47 - 05 / 04 / 2016
Maliyyə Bazarlarına Nəzarət Palatasında SECO-nun nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP)  İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə Regional Direktor müavini Simona Haberlinin rəhbərlik etdiyi nümayəndəheyəti ilə görüş keçirib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Palatanın mətbuat xidmətindən məlumat verilib.

MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı görüş iştirakçılarına SECO ilə gələcək əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Sədr maliyyə sektoru ilə bağlı ortamüddətli strategiyanın hazırlanması və bu sektorun əhəmiyyətli təhlili ilə bağlı görüləcək işlər, həmçinin bu proseslərə SECO və İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Orqanının cəlb olunması ilə əlaqədar məsələlər barədə fikir bildirib.

SECO-nun Cənubi Qafqaz üzrə Regional Direktor müavini Simona Haberli təmsil etdiyi qurum ilə Azərbaycan arasında iqtisadi və maliyyə sahəsində qarşılıqlı əməkdaşlıqdan danışaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının Avropa təcrübəsinəsöykənərək, qabaqcıl beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət göstərəcəyinəəminliyini ifadə edib.

Görüşdə iki qurum arasında əlaqələrin inkişaf perspektivləri, əməkdaşlığın gələcək potensial sahələri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
864

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər