Azərbaycanda banklar əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsini dayandırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda banklar əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsini dayandırıb

10:38 - 05 / 04 / 2016
Azərbaycanda banklar əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsini dayandırıb

2016-cı ilin aprelin 5-dən etibarən Azərbaycanda banklar əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsini dayandırıb.

1news.az-ın verdiyi xəbərə görə, müvafiq qərar dünən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının (MBNP) növbəti iclası zamanı verilib.

“Banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi 1 ay müddətinə dayandırılsın.

Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır”, - MBNP-nin press-relizində qeyd olunub.

İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Palatanın təşkilati strukturunun formalaşdırılması və görülən işlər  barədə məlumat verib.

Sədr bank sektorunda yerli və xarici valyuta ilə verilən istehlak kreditləri, devalvasiya nəticəsində bu kreditlərin durumu, onun sosial iqtisadi nəticələrindən danışıb.

Onun sözlərinə görə, bu prosesslər nəticəsində bankların likvidliyi və kapital mövqeyləri zəifləmiş, atılmış restruktrizasiya və digər preventiv tədbirlərə baxmayaraq mövcud mənfi tendensiyalar  davam edir. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədr müavini Nigar Məmmədova öz növbəsində bankların kredit portfelinin strukturu, keyfiyyəti və trendləri haqqında danışaraq, xarici valyutada verilən istehlak kreditlərinin xüsusi çəkisinin artması fonunda  gələcəkdə borclanan əhalininn problemlə rastlaşa biləcəyini qeyd etdi.

N.Məmmədova bütün kredit təşkilatlarına əhalinin kreditləşməsində təmkinli və düşünülmüş siyasət həyata keçirməyi, əhali tərəfindən isə məsuliyyətli borclanmanın təmin edilməsi zərurətini diqqətə çatdırdı.

Xatırladaq ki, cari ilin fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının məqsədi Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.

Müəyyən edilıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:

İşçi qrupunun rəhbəri: Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri; İşçi qrupunun üzvləri: Asim Məmmədov - “Xalq Bank” ASC-nin sədri; Cəlal Qasımov - “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri; Faiq Hüseynov - “Unibank” ASC-nin İdarə Heyətinin sədri; Rövşən Cavadov - Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru; Zəka Mirzəyev - Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri.

İşçi qrupuna tapşırılıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, Bank olmayan kredit təşkilatları haqqında” və “Sığorta fəaliyyəti haqqında” uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinə isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etmək həvalə olunub.

1news.az

Paylaş:
1276

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər