Millimiz bu gün elit-raundda ikinci oyununa çıxacaq | 1news.az | Xəbərlər
Futbol

Millimiz bu gün elit-raundda ikinci oyununa çıxacaq

16:39 - 07 / 04 / 2016
Millimiz bu gün elit-raundda ikinci oyununa çıxacaq

Avropa çempionatının elit-raundunda çıxış edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.

1news.az-ın məlumatına görə, 1-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə qarşılaşacaq.

Dublin şəhərindəki Tallaght Stadionunda, Bakı vaxtı ilə saat 22.30-da başlayacaq oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Baş hakim: Ana Miniç (Serbiya)

Baş hakimin köməkçiləri: Danijela Stojanoviç (Serbiya), Ella De Vries (Belçika)

Dördüncü hakim: Lois Otte (Belçika)

Qeyd edək ki, millimiz ilk oyunda Polşa yığması ilə qarşılaşıb və görüş qolsuz bərabərliklə başa çatıb.

1news.az

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər