Xalq Bankla AFFA arasında sponsorluq müqaviləsi imzalanıb | 1news.az | Xəbərlər
Futbol

Xalq Bankla AFFA arasında sponsorluq müqaviləsi imzalanıb

17:52 - 07 / 04 / 2016
Xalq Bankla AFFA arasında sponsorluq müqaviləsi imzalanıb

ASC “Xalq” Bankının inzibati binasında AFFA və Xalq Bank arasında UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016  ilə bağlı sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatını Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və  Xalq Bankın İdarə Heyətinin sədri Elxan Ağayev imzalayıb.

Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Elxan Ağayev: “Xalq Bank fəaliyyətinin ilk günlərindən etibarən Azərbaycanda təşkil olunan bütün beynəlxalq idman tədbirlərinə dəstək verməyə çalışır. AFFA ilə əməkdaşlığımız 2012-ci ildən başlayıb. Ölkəmizdə təşkil olunan FIFA U-17 qadınlararası dünya çempionatı zamanı AFFA ilə sponsorluq müqaviləsi imzalandı və əməkdaşlığımızı yüksək səviyyədə həyata keçirdik. İnanıram ki, Avropa çempionatı da bizim əməkdaşlığımızın növbəti uğurlu mərhələsi olacaq. U-17-lər arasında qitə birinciliyi gələcəyin ulduz futbolçularının parladığı turnirdir və ümid edirəm ki, onların arasında Azərbaycan yığmasının da üzvləri olacaq”.

Elxan Məmmədov: “İlk növbədə, Xalq Bankın rəhbərliyinə futbola dəstək verdiyinə görə AFFA rəhbərliyi adından təşəkkür edirəm. Bu, bizim əməkdaşlığımızda ilk mərhələ deyil. Daha öncə də birgə uğurlu layihəmiz olub. Bu gün imzalanmış sponsorluq müqaviləsi ilə Xalq Bank Azərbaycanda təşkil olunacaq növbəti nüfuzlu beynəlxalq idman tədbirinə öz töhfəsini vermiş oldu. İnanıram ki, Xalq Bankın da dəstəklədiyi UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 yaddaşlarda ən uğurlu turnirlərdən biri kimi qalacaq”.

Xatırladaq ki,  Xalq Bank 2012-ci ildə Azərbaycanda keçırılən FİFA U-17 Qadınlararası Dünya Çempionatının milli tərəfdaşlarından biri olub.

1news.az

Paylaş:
1974

Sizin üçün xəbərlər

Son xəbərlər

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06
Bütün xəbərlər