“İpək yolu” Beynəlxalq Ticarət Palatası üzvlərindən biri Gürcüstan oldu
Gürcüstanın Ticarət və Sənaye Palatası “İpək yolu” Beynəlxalq Ticarət Palatasının sıralarına daxil olub.
1news.az “Qruziya online” saytına istinadən xəbər verir ki, bununla bağlı müvafiq Memorandum imzalanıb.
İmzalanma mərasimi “İpək yolu” Beynəlxalq Ticarət Palatasının nümayəndə heyətinin Tiflisə səfəri çərçivəsində baş tutub. Nümayəndə heyətinə Palatanın sədri Lyu Yanzonq başçılıq edib. Səfər “İpək yolu” regionunda iqtisadi-ticarət və mədəni münasibətlərin inkişafına yardım məqsədi daşıyıb.
Qeyd edək ki, Gürcüstan Ticarət və Sənaye Palatasının başçısı Nino Çikovani “İpək yolu” Beynəlxalq Ticarət Palatasının vitse-prezidenti seçilib.
688