Mərkəzi Bank “Bank Sertifikat Xidmətləri Mərkəzi”ni istismara verib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank “Bank Sertifikat Xidmətləri Mərkəzi”ni istismara verib

13:04 - 08 / 04 / 2016
Mərkəzi Bank “Bank Sertifikat Xidmətləri Mərkəzi”ni istismara verib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müasir texniki və proqram platformaları bazasında akkreditə edilmiş Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) yaradılaraq istifadəyə verilib

1news.az-a xəbər verir ki, Mərkəzi Bank tərəfindən bank sferası üzrə vahid elektron imza infrastrukturunun yaradılması, kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslərin elekton bankçılıq və “müştəri-bank” xidmətlərindən istifadə edərkən risklərinin minimallaşdırılması və mübahisəli məsələlərin qanuni yolla həllinin tapılması müasir texniki və proqram platformaları əsasında həyata keçiriləcək.

BSXM-in əsas məqsədi Mərkəzi Bankın daxili sistemləri ilə yanaşı onun xidmət göstərdiyi kredit təşkilatları və dövlət qurumları, o cümlədən bank sistemində xidmət olunan hüquqi və fiziki şəxslərin təkmil elektron imza ilə təmin edilməsidir.  

Qanunvericiliyə müvafiq olaraq akkreditə edilmiş BSXM-in təkmilləşdirilməsi nəticəsində informasiya sisteminin təhlükəsizliyinin artırılması, bütün kredit təşkilatlarının Mərkəzə real vaxt rejimində qoşulmaları, müştərilər üçün yerində təkmil elektron imzaların generasiya edilərək təqdim edilməsi imkanı, o cümlədən Ehtiyat Mərkəzlərdə fəaliyyətin davamlılığı təmin edilib.

1news.az

Paylaş:
733

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər