Mərkəzi Bank tələbələr üçün növbəti təlimlərə start verir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank tələbələr üçün növbəti təlimlərə start verir

13:24 - 08 / 04 / 2016
Mərkəzi Bank tələbələr üçün növbəti təlimlərə start verir

Mərkəzi Bank tərəfindən həyata keçirilən “Maliyyə savadlılığı” layihəsi çərçivəsində 14-18 dekabr 2015-ci il tarixlərində tələbələr üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlim təşkil edilib.

1news.az-ın məlumatına görə, iki mərhələli təlimin I mərhələsində iştirak etmək üçün ali təhsil müəssisələrinin III və IV kursunda təhsil alan 75 tələbəyə bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçirilib.

Bu mərhələnin sonunda keçirilmiş yoxlama imtahanı nəticəsində uğur qazanmış 26 tələbə növbəti tura keçib. Bu turda onlara Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu, “Yapı Kredi Bank Azərbaycan”, “Amrahbank” ASC və “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatının mütəxəssisləri tərəfindən “İstehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər və əmanətlərin sığortalanması”, “Nağd pul kreditləri və müddətli əmanətlər”, “Mikromaliyyənin önəmi və məsuliyyətli borclanma” və “Bank əməliyyatları” mövzularında seminarlar keçirilib.

İkinci mərhələnin sonunda yekun test imtahanında ən yüksək nəticə göstərmiş 10 tələbə müvafiq olaraq Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (2 tələbə), “Yapı Kredi Bank Azərbaycan”da (4 tələbə), “Amrahbank” ASC-də (1 tələbə) və “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatında (3 tələbə) təcrübəçi olmaq imkanı qazanıb.

“Yapı Kredi Bank Azərbaycan”da təcrübə keçən tələbələr bankın departamentlərinin işi ilə yaxından tanış olub, o cümlədən müştərilər arasında əmanət mövzusunda sorğu keçiriblər. Sorğu zamanı müştərilərə bankın əmanət məhsulları barəsində məlumat təqdim olunub, pul vəsaitlərinin banklarda saxlanılmasının faydaları haqqında məlumat çatdırılıb və onlara promo materiallar hədiyyə edilib.

“FINCA Azerbaijan”da üç tələbə təşkilatın Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə və Müştəri Münasibətlərinin İdarə olunması bölmələrində 1 ay boyunca təcrübə keçərək bu sahədə müəyyən bilik və bacarıqlar əldə edib. Təcrübəçilər qrup rəhbərləri tərəfindən onlara verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirib və işlərində peşəkarlıq nümayiş etdirərək istehsalat təcrübəsini uğurla başa vurublar.

Seçilmiş digər tələbələr hazırda Amrahbank və Əmanətlərin Sığortalanması Fondunda təcrübə keçirlər.

Mərkəzi Bankın təşəbbüsü ilə baş tutmuş bu təlimə tələbələrin böyük marağını və daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, 2016-cı ilin I yarısında layihə üzrə növbəti təlimlərin keçirilməsi nəzərdə tutulur.

1news.az

Paylaş:
771

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər