Nadir Əbdürrəhmanovun rəng dünyası “Xalq Əmanəti”ndə | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nadir Əbdürrəhmanovun rəng dünyası “Xalq Əmanəti”ndə

17:00 - 08 / 04 / 2016
Nadir Əbdürrəhmanovun rəng dünyası “Xalq Əmanəti”ndə

Xalq Bankın “Xalq Əmanəti” mədəniyyət layihəsi görkəmli Azərbaycan boyakarı, Xalq rəssamı, professor Nadir Əbdürrəhmanovun zəngin irsi ilə davam edir. 

Layihənin sayca on üçüncü nəşri - “Rəngkarlıq və qrafika” bədii albomu rəssamın həyat və yaradıcılığının bütün mərhələlərini ehtiva edir.

Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olub. Rəssamlıq sənətinə erkən yaşlarında böyük həvəs göstərən Nadir Əbdürrəhmanov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində sənətin sirlərini öyrənməyə başlayır. 1947-1953-cü illərdə isə Repin adına Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsilini davam etdirir. Nadir Əbdürrəhmanov yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışmış və digər görkəmli sənətkarlarımızla birlikdə gənc rəssamlar nəslinin yetişməsində böyük rolu olub. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs deyib, 1983-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq kafedrasının müdiri, professor, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olub. 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə Xalq rəssamı fəxri adlarını alıb, uzun illər Azərbaycan Rəssamlar İttifaqına başçılıq edib, dəfələrlə Azərbyacan SSR Ali Sovetinə deputat seçilib.

Yaradıcılığına xas yeni forma axtarışları sayəsində, sərt realist üslubu və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasına təkan verib. Onun yetişdirdiyi rəssamlar arasında yüksək fəxri adlara layiq görülmüş sənətkarlar var. Onun yaradıcılığı gənc boyakarlar üçün örnək və böyük məktəbdir. N.Əbdürrəhmanovun əsərləri Azərbaycan milli incəsənətinin dəyərli nümunələri olaraq dünyanın böyük muzey və qalereyalarında qorunur.

“Xalq Əmanəti” layihəsi Xalq Bank tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qorxmaz Sücəddinovun əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.

Rəssamın əsərlərinin ekspozisiyası aprel ayının 9-dan başlayaraq Xalq Bankın Baş ofisində (ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) və “Gəncə” filialında (ünvan: Gəncə şəh., Zərrabi küç.4) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Paylaş:
1788

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər