Şirvanda türkiyəli iş adamının içində 60 mina manat olan maşınını qaçıran şəxslər tutuldu
Bir neçə gün öncə Türkiyə vətəndaşına qarşı quldurluq edən şəxslər polis tərəfindən saxlanılıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Türkiyə vətəndaşı “Galaxy” şirkətinin müdiri Akkurt Rzanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib salonunda 60 min manat olan “Toyota” markalı avtomobili qaçırmış şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq Əhmədov və Ayət Mirzəyev tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1news.az
575