Bakıda dələduzluqla məşğul olan qadın tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dələduzluqla məşğul olan qadın tutuldu

17:15 - 12 / 04 / 2016
Bakıda dələduzluqla məşğul olan qadın tutuldu

Bakıda dələduzluqla məşğul olan qadın polis əməkdaşları tərəfindən tutulub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, “Topstap LTD” MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və M.Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

1news.az

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər