Avropa Şurası ölkələri təhsil nazirlərinin konfransında Azərbaycan həqiqətləri barədə məlumat verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Avropa Şurası ölkələri təhsil nazirlərinin konfransında Azərbaycan həqiqətləri barədə məlumat verilib

22:43 - 12 / 04 / 2016
Avropa Şurası ölkələri təhsil nazirlərinin konfransında Azərbaycan həqiqətləri barədə məlumat verilib

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurası təhsil nazirlərinin 25-ci konfransında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir.

Nazirlikdən 1news.az-a  bildiriblər ki, konfransın gündəliyində duran əsas məsələ terror və ekstremizmin qarşısını almaq və onlarla mübarizə aparmaqda təhsilin artan roludur. Konfransın işində Avropa Şurasına üzv və tərəfdaş ölkələrin təhsil nazirləri və nazir müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

Tədbirin açılış mərasimində Avropa Şurasının baş katibi Turbyorn Yaqland, Avropa İttifaqının təhsil, mədəniyyət, gənclər və idman üzrə komissarı Tibor Navraksiks və Belçikanın Flandriya əyalətinin təhsil naziri Hilde Krevits çıxış ediblər.

Konfransın “Vətəndaşlıq təhsili – Avropa və qlobal səviyyədə əsas çağırışlar” mövzusunda ikinci sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edib. Nazir müavini Azərbaycanın məruz qaldığı terror və etnik təmizləmələrə baxmayaraq, əsrlərdir ölkəmizdə formalaşmış sülh və tolerantlıq, digər dinlərə, millətlərə və mədəniyyətlərə hörmətlə yanaşma ənənəsi barədə danışıb. O, bütün bunların Azərbaycanın zəngin irsinin ayrılmaz parçası olduğunu və Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü olan multikulturalizm siyasətinin əsasını təşkil etdiyini vurğulayıb. C.Bayramov məhz bu siyasət nəticəsində hökumətin təhsilə ayırdığı diqqətin artdığını qeyd edib, multikulturalizm istiqaməti üzrə Azərbaycanda keçirilmiş bir sıra beynəlxalq tədbirlər, həmçinin aprelin 25-dən 27-dək Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə konfrans iştirakçılarına məlumat verib.

Nazir müavini Ermənistan nümayəndəsinin öz çıxışında qeyd etdiyi əsassız məqamlara diqqət çəkərək, Azərbaycan torpaqlarının hələ də Ermənistan tərəfindən işğal altında olması və həmin ərazilərdə yaşayan azərbaycanlı əhalinin etnik təmizlənməyə məruz qalması barədə həqiqətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. O, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində aprelin 2-dən 5-dək bu ölkə tərəfindən atəşkəsin kobud şəkildə pozulması zamanı Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən məktəblərin və məktəblilərin məqsədyönlü artilleriya və snayper atəşlərinə məruz qalması barədə də məlumat verib.

Səfər çərçivəsində aprelin 11-də Azərbaycan nümayəndə heyəti mövcud əlaqələrin inkişaf etdirilməsi və təhsil sahəsində həyata keçirilən proqramları müzakirə etmək məqsədilə Avropa Komissiyasında işçi görüş keçirib.

1news.az

Paylaş:
581

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər