Dünya Bankı: Azərbaycanda aqrar sahənin inkişafı sənayedə yaranan zəifləməni kompensasiya edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya Bankı: Azərbaycanda aqrar sahənin inkişafı sənayedə yaranan zəifləməni kompensasiya edib

13:31 - 13 / 04 / 2016
Dünya Bankı: Azərbaycanda aqrar sahənin inkişafı sənayedə yaranan zəifləməni kompensasiya edib

"Azərbaycanda kənd təsərrüfatının inkişafı sənayedə yaranan zəifləməni kompensasiya edib".

Kənd Təsərrüfatı Nazirliyindən 1news.az-a verilən məlumata görə, Dünya Bankının Şərqi və Mərkəzi Avropa üzrə hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, 2015-ci ildə kənd təsərrüfatı sahəsindəki 4,4% yüksəliş 38%-i bu sahədə çalışan ölkə əhalisinin gəlirlərini qoruyub saxlamağa səbəb olub.

Bank ekspertlərinin qənaətinə görə, milli valyutanın dəyərinin dəyişməsi yerli fermerlərə xarici rəqibləri ilə mübarizə aparmaqda kömək edib. Belə ki, yerli istehsal və xidmət sahələrinə diqqəti artırmaqla xarici istehsalçılara qarşı mübarizə aparmaq olar.

2016-2018-ci illər üçün proqnozlaşdırılan inkişaf göstəricilərində də Azərbaycanda kənd təsərrüfatı sahəsi diqqəti cəlb edir. 2016-cı ildə 4,2%, 2017 və 2018-ci illərdə isə hər il 4% olmaqla yüksəliş gözlənilir. Proqnoza görə, Azərbaycan bu sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Sabit inkişaf gözlənilən kənd təsərrüfatının artım faizi proqnozu ilə ölkəmiz hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdədir.

1news.az

Paylaş:
392

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər