Azərbaycanda xidmət sahələri üzrə dövlət xərclərinin normasına yenidən baxıla bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda xidmət sahələri üzrə dövlət xərclərinin normasına yenidən baxıla bilər

18:22 - 13 / 04 / 2016
Azərbaycanda xidmət sahələri üzrə dövlət xərclərinin normasına yenidən baxıla bilər

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən xidmət sahələri üzrə xərc komponentlərinin natural ifadədə göstəricilərinin təkmilləşdirilməsi və xərc normasının müəyyən edilməsi üçün meyarlar nəzərdə tutulmaqla xərclərin reallığa uyğun tənzimlənməsi məqsədilə “Müvəqqəti normalar”ın yenidən işlənilməsi təklif ediilir.

1news.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə bildirilib.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən sahələrdə küçələrin süpürülməsi, yaşıllıq sahələrinə qulluq edilməsi və küçələrin işıqlandırılması xidmətləri üzrə xərclərin norması Maliyyə Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə 2003-cü ilin may ayında təsdiq etdiyi “Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları” ilə müəyyən edilib.

"Həmin normaların tətbiqindən uzun müddət keçməsinə baxmayaraq, hazırkı vaxtadək təkmilləşdirilməyib. Belə ki, dövlət büdcəsindən maliyyələşən müvafiq xidmət sahələrində “Müvəqqəti normalar”la müəyyən edilmiş xərc komponentləri (geyimlər, inventarlar və s.) natural ifadədə reallığa uyğun olsa da, xərc normaları cari bazar qiymətlərinə uyğun deyil. Qeyd edilənləri nəzərə alaraq, dövlət büdcəsindən maliyyələşən müvafiq xidmət sahələri üzrə xərc komponentlərinin natural ifadədə göstəricilərinin (vahidinin qiymətinin göstərilməməsi şərtilə) təkmilləşdirilməsi və xərc normasının müəyyən edilməsi üçün meyarlar nəzərdə tutulmaqla xərclərin reallığa uyğun tənzimlənməsi məqsədilə “Müvəqqəti normalar”ın yenidən işlənilməsini təklif edirik", - deyə təklifdə qeyd olunub.

1news.az

 

Paylaş:
616

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər