Bakı-Qazax avtomobil yolunun 68-80-ci kilometrlik hissəsi təmir olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Qazax avtomobil yolunun 68-80-ci kilometrlik hissəsi təmir olunur

21:54 - 13 / 04 / 2016
Bakı-Qazax avtomobil yolunun 68-80-ci kilometrlik hissəsi təmir olunur

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir işləri həyata keçirilir.

1news.az-ın “Azəravtoyol”a istinadən verdiyi xəbərə görə, təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır.

Avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 22 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılır.

Bütün işlər tərtib olunmuş cədvələ uyğun aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

1news.az

 

Paylaş:
810

Son xəbərlər

Bütün xəbərlər