“Azəriqaz” mart ayında 57713 mənzilə texniki baxış keçirib
2016-cı ilin mart ayında “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 57713 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib.
1news.az-ın məlumatına görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.
Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
1news.az