Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının dondurulması ilə bağlı razılığa gəliblər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının dondurulması ilə bağlı razılığa gəliblər

00:22 - 13 / 04 / 2016
Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının dondurulması ilə bağlı razılığa gəliblər

Rusiya və  Səudiyyə Ərəbistanının nümayəndələri neft hasilatının həcminin  dondurulmasına dair konsensusa nail olublar.

1news.az xəbər verir ki, bunu “İnterfaks”a diplomatik mənbə bildirib.  

“Bu gün  Səudiyyə Ərəbistanı və Rusiya nümayəndələri arasında baş tutan görüş zamanı tərəflər  arasında neft hasilatının dondurulması məsələsinə dair konsensus əldə olunub”, - deyə mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan neft hasilatının dondurulmasına razılıq verib.   Bundan əvvəl Səudiyyə Ərəbistanı İranın da neft hasilatının dondurulması sazişinə qoşulmaq istəmədiyini əsas gətirərək  sövdələşməyə hazır olmadığını bildirirdi. 

Qeyd edək ki, İran, öz növbəsində, neft hasilatının həcmini əvvəlki səviyyəyə (sanksiyalar tətbiq olunandan əvvəl) çatdıranadək  neft hasilatının dondurulması sazişinə qoşulmaq niyyətində olmadığını bildirib.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər