Azərbaycan əhalisinin gəlirləri 9% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan əhalisinin gəlirləri 9% artıb

15:20 - 15 / 04 / 2016
Azərbaycan əhalisinin gəlirləri 9% artıb

Bu ilin birinci rübündə Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9% artaraq 10 mlrd. 303,5 mln. manata çatıb.

1news.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1 073,5 manat və ya ayda 357,8 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 81%-i son istehlak xərclərinə, 9,7%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,3%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7%-i isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 9 mlrd. 304,1 mln. manat olub.

1news.az

 

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər