Boksçumuz erməni rəqibini məğlub edərək Rioya vəsiqə qazandı | 1news.az | Xəbərlər
İdman

Boksçumuz erməni rəqibini məğlub edərək Rioya vəsiqə qazandı

18:23 - 15 / 04 / 2016
Boksçumuz erməni rəqibini məğlub edərək Rioya vəsiqə qazandı

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir.

1news.az-ın məlumatına görə, Rioya lisenziya xarakterli yarışı idmançılarımız üçün uğurlu saymaq olar.

Belə ki, Yana Alekseyevnanın (60 kq) ardınca dünya çempionumuz Cavid Çələbiyev (56 kq) də finala vəsiqə qazanıb. Yarımfinalda Ermənistan millisinin üzvü Aram Avaqyanla qarşılaşan bokçumuz hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:27: 30:27). Bu qələbə Çələbiyevin Rioya lisenziyasını da təmin edib.

Nəticədə o, boks yığmamıza Olimpiada üçün 5-ci vəsiqəni qazandırıb.

Final döyüşləri sabah keçiriləcək. Bu döyüşün nəticəsi yalnız medal əyarı baxımından önəmli olacaq.

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 36-ya, Rioya yollanacaq idmançılarımızın sayı 37-yə çatıb.

1news.az

 

Paylaş:
720

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər