Avropa Liqasında yarımfinalçılar məlum oldu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasında yarımfinalçılar məlum oldu – FOTO – VİDEO

10:27 - 15 / 04 / 2016
Avropa Liqasında yarımfinalçılar məlum oldu – FOTO – VİDEO

Avropa Liqasında 1/4 finalın cavab görüşləri keçirilib.

1news.az-ın məlumatına görə, eyni vaxtda başlayan 4 qarşılaşma ilə bütün yarımfinalçıların adlarına aydınlıq gəlib. 

Azarkeşlər digər oyunlarla yanaşı  İspaniya derbisinə də şahidlik ediblər. Belə ki, səfərdə keçirdiyi ilk oyunda 2:1 hesabı ilə “Atletik”i məğlub edən “Sevilya” eyni hesabla evdə uduzduğundan cütün taleyinə onbir metrəlik cərimə zərbələrində aydınlıq gəlib. Burada daha dəqiq olan “Sevilya” yarımfinala vəsiqə qazanıb.

Ukraynada baş tutan digər qarşılaşmada isə darmadağın qeydə alınıb. İlk oyunda “Braqa”dan güclü olan “Şaxtyor” evdə rəqibinin qapısından 4 cavabsız top keçirib.

İspaniyanın turnirdəki daha bir təmsilçisi “Vilyareal” isə Çexiyada “Sparta”nın qonağı olub. Evdə keçirdiyi ilk oyunda qalib gələn “Sevilya” cavab qarşılaşmasından da qalib ayrılıb.

Gecənin ən maraqla gözlənilən qarşılaşması “Liverpul”la “Borussiya” arasında olub. İlk oyunda hərəyə bir qol vuraraq bərabərliyə razılaşan tərəflər bu dəfədə gərgin mübarizə ilə yadda qalıblar. Dortmundlular matçın gedişində iki dəfə iki top fərqi ilə önə keçsələr də, əzmkarlıq nümayiş etdirən "Liverpul" yekunda 4:3 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.

Avropa Liqası, 1/4 final mərhələsinin cavab oyunları

14 aprel

“Sevilya” (İspaniya) – “Atletik” (İspaniya) - 1:2

Qollar: Qameyro, 59 - Aduriz, 57, Qarsiya, 80

Penalti seriyası: 5:4

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul

Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Sevilya. “Ramon Sançes Pisxuan” stadionu

İlk oyun – 2:1

“Şaxtyor” (Ukrayna) – “Braqa” (Portuqaliya) - 4:0

Qollar: Srna, 25 (pen.), Ferreyra, 43, 74 ( hər ikisi öz qapısına), Kovalenko, 50

Hakimlər: Pavel Kraloveç (Çexiya), Roman Slişko (Slovakiya), Martin Vilçzek, Tomaş Mokruş

Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (hamısı Çexiya)

Lvov. “Arena Lvov” stadionu

İlk oyun – 2:1

“Sparta” (Çexiya) – “Vilyareal” (İspaniya) - 2:4

Qollar: Doçkal, 65, Kreyçel, 71 - Bakambu, 5, 49, Kastilexo, 43, Bruno, 45+1

Hakimlər: Martin Atkinson, Mikael Mallarki, Stefen Çayld, Stüart Bart

Əlavə köməkçi hakimlər: Mikael Oliver, Kreyq Pauson (hamısı İngiltərə)

Praqa. “Generali Arena” stadionu

İlk oyun – 1:2

“Liverpul” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 4:3

Qol: Origi, 48, Koutinyo, 66, Sako, 78, Lovren, 90+1 - Mxitaryan, 5, Obameyanq, 9, Roys, 57

Hakimlər: Cüneyt Çakır, Çem Satman, Tarık Ongün, Sərkan Ok

Əlavə köməkçi hakimlər: Hüseyin Göçək, Barış Şimşək (hamısı Türkiyə)

Liverpul. “Enfild Roud” stadionu

İlk oyun – 1:1

1news.az

Paylaş:
889

Sizin üçün xəbərlər

Son xəbərlər

"Nar"dan sərfəli smartfon təklifiBu gün, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildiribBu gün, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblarBu gün, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilibBu gün, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTOBu gün, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTOBu gün, 16:21Ali Məhkəmənin hakimi intihar edibBu gün, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEOBu gün, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcəkBu gün, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edibBu gün, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıbBu gün, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32
Bütün xəbərlər