Bakıda “Mercedes-Benz Van Vehicle Test-Drive Event” çərçivəsində avtomobillərin nümayişi təşkil olunub – FOTO – VİDEO
“Mercedes-Benz” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı - “AvtoKapital Azərbaycan” şirkəti, Azərbaycanda “Daimler AG”-nin baş nümayəndəliyi “Mercedes-Benz AutoStar Kaukasus” və UEİ Transport rəsmi avtomobil dilerləri ilə birlikdə “Mercedes-Benz Van Vehicle Test-Drive Event” çərçivəsində daşıma avtomobillərinin nümayişini təşkil ediblər.
Tədbirin qonaqları – nəqliyyat, turizm, xidmət şirkətlərinin nümayəndələri nəinki yeniliklərlə tanış olmuş, həm də maşınları “BakuBus” şirkətinin tədris mərkəzinin ixtisaslaşdırılmış test treklərində sınaqdan keçirə bilmişlər.
Hər şeydən əvvəl, növbəti nəslin “Mercedes-Benz Vito” avtomobilini qeyd etmək lazımdır. Onu rəqiblər arasında bu sinifdə ilk dəfə qurulmuş avtomat, 7 pilləli 7G-Tronic sürət qutusu fərqləndirir. İkinci mühüm fərq – ötürücünün üç: - ön, arxa və tam tipdə olmasıdır.
Maşınlar üç cür hazırlanıb: yük üçün Van, yük və sərnişinlər üçün Mixto və sərnişinlər üçün Tourer. Yeni “Vito”, kuzovunun uzunluğuna görə üç variantda (4,89 m; 5,14 m və 5,37 m) və təkər bazasına görə iki variantda (3,2 və 3,43 m) təqdim edilir.
“Mercedes-Benz Vito” Azərbaycana 163 at gücündə qənaətli turbodizellə və gücü 211 at gücündə benzin mühərriki ilə tədarük olunur.
“Mercedes-Benz” Van Vehicle Test-Drive-in qonaqlarına həmçinin, lüks avtomobillər –V-Klassdan “Viano” modelini əvəzləyən minivan və təbii dəri, çoxlu elektronika ilə işlənmiş eksklüziv salonu olan Sprinter mikroavtobusu nümayiş etdirildi. Sprinter furqon isə tədbirdə iştirak edən qonaqların xüsusi diqqətini cəlb etdi.
“Avtokapital-Azərbaycan”
Cəbbar Cəbbarlı 44
Mob.: +99 450 263 47 01
“AutoStar Kaukasus GmbH Azərbaycan”
Babək prospekti, 1145,
Mob.: +99 450 255 18 04
“UEI Transport” MMC
Şamaxı şossesi 19-cu km
Mob.: +99 450 409 72 72