Güləşçilərimiz Olimpiadaya vəsiqə verən I Dünya təsnifat turnirində iştirak edəcək | 1news.az | Xəbərlər
İdman

Güləşçilərimiz Olimpiadaya vəsiqə verən I Dünya təsnifat turnirində iştirak edəcək

12:22 - 19 / 04 / 2016
Güləşçilərimiz Olimpiadaya vəsiqə verən I Dünya təsnifat turnirində iştirak edəcək

22-24 apreldə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri keçiriləcək.

1news.az-ın məlumatına görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın 4 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq.  Qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanacaq.

Sərbəst güləş yarışlarında ölkəmizi Mircəlal Həsənzadə (57 kq), yunan-Roma güləşi yarışlarında Həsən Əliyev (66 kq) və Orxan Nuriyev (98 kq), qadın güləşi yarışlarında isə Gözəl Zutova (69 kq) təmsil edəcək.

Turnirin proqramına əsasən, aprelin 22-də yunan-Roma, 23-də qadın, aprelin 24-də isə sərbəst güləşçilər mübarizə aparacaq. İlk görüşlər Bakı vaxtı ilə səhər saat 4:00-da, final görüşləri isə 13:00-da başlayacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

1news.az

Paylaş:
811

Sizin üçün xəbərlər

Son xəbərlər

Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39
Bütün xəbərlər