Qax rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qax rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

13:24 - 20 / 04 / 2016
Qax rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il aprelin 14-də Qax rayonunun Zəyəm kəndində işgüzar forum keçirib.

1news.az-ın məlumatına görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- iri fermer təsərrüfatının yaradılması;

- bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının yaradılması;

- çörək istehsalı və meyvə emalı müəssisələrinin yaradılması;

- 3 ulduz otelin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

1news.az

 

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər