“Neft Daşları” yatağında daha bir quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Neft Daşları” yatağında daha bir quyu istismara verilib

13:40 - 20 / 04 / 2016
“Neft Daşları” yatağında daha bir quyu istismara verilib

“Neft Daşları” yatağındakı 418 nömrəli estakadayanı meydançadan 2618 nömrəli quyu qazmadan sonra istismara verilib.

1news.az-a SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin Kompleks qazma işləri tresti tərəfindən Qala lay dəstəsinə qazılan quyu 1122-1119 metr intervaldan sutkalıq 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

1news.az

 

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər