Azərbaycan Turizm Nazirliyinin nəzərinə, yaxud dünyanın hər yerindən turistlər Gürcüstana niyə gələcək?
Son iki həftə ərzində sosial şəbəkələrdə demək olar ki, hər gün qonşu Gürüstanda hansısa dünya ulduzunun konsert verməsi haqqında məlumat yayılır.
Başqa adlarla yanaşı bu siyahıda Coldplay ( informasiya hələ təsdiq olunmayıb), Robbi Uilyams,Ş Eros Ramazotti, Maroon və digər ulduzların adları var.
Nə baş verir?
Bu suala cavab axtaran azərbaycanlı sosial şəbəkə istifadəçiləri çox fikirləşmədən Tbilisi və Batumiyə bilet almaq qərarına gəliblər.
Qərara gəldik ki, nə baş verdiyini araşdıraq. Aydın oldu ki, bizim Mədəniyyət və Turizm Nazirlyinin bu məsələdə narat olmağı lazımdır.
Görünən odur ki, Gürcüstan Cənubi Qafqazı əsas turist qovşağına çevrilməyinin dəqiq planını hazırlayıb. Onun potensial qonaqları yalnız şərti olaraq “Şərqdən” və MDB məkanından deyil, hətta Avropadan gəlir.
Lakin hər şey haqqında ardıcıl danışaq.
“Gürcüstanda qeydiyyatdan keç”
Beləliklə hamıya aydın olması üçün bildirək ki, bu il Gürcüstan iri miqyaslı layihəyə - “Check in Georgia”ya (“Gürcüstanda qeydiyyatdan keç”) start verir.
Məqsəd bir il ərzində ölkəni mədəniyyət mərkəzinə çevirərək turizmin inkişafına təkan verməkdir.
Layihə çərçivəsində aprel ayından dekabra qədər Gürcüstanın 19 şəhərində xarici və gürcü ifaçıların iştirakı ilə nə az, nə çox - 35 konsert təşkil ediləcək.
Gürcü KİV-in məlumatına görə, artıq bu ayın 24-də Tbilisidə məşhur italyan müğənnisi Eros Ramazotti çıxış edəcək.
27 may tarixində britaniyalı ifaçı Robbu Uilyamsın konserti nəzərdə tutulur.
7 iyulda Batumidə Maroon5, 18 iyunda isə Kutaisidə ispan opera müğənnisi Xose Karrerasın konserti keçiriləcək.
«Check in Georgia» layihəsinin təşəbbüskarı Gürcüstan Mədəniyyətinin inkişafı üzrə İnvestisiya Fondudur.
Layihə ölkə rəhbərliyinin dəstəyi ilə baş tutacaq. Layihənin büdcəsi 29 milyon lari ( 12.6 milyon dollar təşkil edir).
“Layihənin məqsədi bir il ərzində ölkəni mədəniyyət mərkəzinə çevirmək, böyük sayda turisti cəlb etmək, yerli istehsalı təsir etmək və əlavə iş yerləri yaratmaq, Bundan əlavə paytaxtda və regionlarla əhalinin gəlirlərini artırmaqdır”- deyə, Mədəniyyət Nazirliyindən bildiriblər.
Müxtəlif dünya ulduzlarının Gürcüstan səhnəsində çıxışı layihənin yalnız bir hissəsidir. Belə ki, bu il ölkədə 35 festival baş tutacaq, o cümlədən “Hit Batumi”, GEM-FEST, Fest i Nova, Tbilisi foto festivalı “Kolqa”, folklor musiqisi festivalı “Art-gen”, “Artisterium”, Black Sea Jazz Festival, Tbilsi caz festivalı və s.
Bundan əlavə pendir, şərab, yerli istehsal məhsullarının satış sərgisi, veloturlar, səfərlər və Gürcüstanın mühafizə olunan xüsusi yerlərinə səfərlər nəzərdə tutulur.
Təşkilatçilar əmin edir “Check in Georgia” ənənəvi olacaq, hər il daha da rəngarəng təşkil olunacaq.
“Biz qiymətin arxasında durmayacağıq...”
Göründüyü kimi Gürcüstan aktiv şəkildə regionun turistik məkanına çevrilməyə çalışır. Bunun üçün ciddi səylər göstərir. Bu dünya miqyaslı müğənnilərin konsertindən başlayaraq, tədbirlər və Gürcüstan mədəniyyətinin təbliğinə qədər davam edir. Bu tamamilə anlaşılandır. Bütün dünyada özünü göstərən iqtidasi böhran və ölkədə hidrogen resursların olmaması fonunda ölkə hal hazırda dünyanın ən mühüm qeyri-neft sektoru sahəsində -turizmdə inkişafa nail olmağa çalışır. Məlumdur ki, bu sahə doğru yanaşma olarsa, heç də az gəlir gətirmir.
Bax buna görə Gürcüstanda dünyaca məşhur müğənnilərin konserti keçiriləcək. Hər şey sadədir. Ulduzların çıxışını izləmək üçün çoxsaylı fanatlar gələcək ki, onlar da gürcü xalqının mədəniyəti və ənənələri ilə tanış ola biləcək. Layihə ilə əlaqədar müxtəlif tədbirlər də keçiriləcək.
Təbii ki, xaricilər də həmin tədbirlərdə iştirak edəcək. Onlar üçün hər şey maraqlıdır.
Dünya ulduzlarının çıxışı, çoxsaylı festivallar, bir sıra başqa mədəni sosial tədbirlər.. Bütün bunlar turistlərin cəlb olunmasına xidmət edəcək. Həmçinin onların arasında Gürcüstanı əvvəldən tanıyanlar da olacaq.
Heç bir şübhə yoxdur ki, bu il Gürcüstanın turizm sənayesi üçün uğurlu il olacaq.
İnfrastruktur haqqında miflər
Elə təəssürat oyanır ki, Gürcüstanda Baku Crystal Hall, Olimpiya stadionu kimi on minlərlə qonaq qəbul edə biləcək iri miqyaslı və müasir tikililər yoxdur. Lakin bu belə deyil.
Dünyada məşhur olan Eros Ramazotti, Robbu Uilyams, Xose Karreras, Maroon5 qrupu Gürcüstanda hansı səhnədə çıxış edəcək?
“Sputnik Qruziya”nın xəbəri8nə görə, Rmazottinin konserti Tbilisinin İdman sarayında, Robbi Uilyamsın konserti “ B. Payçadze adına Dinamo Arenasında keçiriləcək. Tanınmış opera müğənnisi Xose Karrerasın Kutaisidə hansı səhnədə çıxış edəcəyi hələ açıqlanmayıb.
Müqayisə üçün deyək ki, “Dinamo Arena 1935-ci ildə tikilib. Hal hazırda stadionda 55 min tamaşaçı yeri var. Stadion ola bilsin ki, Bakıdakı Olimpiya stadionu qədər gözəl və ultra müasir deyil, lakin tədbirin miqyasına uyğun gəlir.
Məsələn, ötən il burada yüksək səviyyədə “Barselona” və “Sevilya” arasında Avropa Superkuboku təşkil olunmuşdu. Komandalar çoxsaylı qollarla əsil şou yaratmış, ölkə bir neçə gün turistlərin axını ilə qarşılaşmışdı.
Bu arada deyək ki, Batumidə Maroon5 qrupunun konsert verəcəyi məkan düzəldiləcək. Orada müasir cihazlar, işıqlandırma səhnə avadanlığı quraşdırılacaq, güvənlik və konsertin rahat keçməsi üçün lazım olan digər mühüm tədbirlər görüləcək.
Məlumatda bildirilir ki, yeni meydança prodüsserlər, müğənnilər, ifaçılar üçün misilsiz təklif olacaq.
Bundan əlavə onlar mövsüm boyunca bu səhnədən pulsuz istifadə edə, tədbir planlaşdıra, özləri qiyməti müəyyən edib gəlir əldə edə bilərlər.
Başqa sözlə, Gürcüstanda təkcə turizmi inkişaf etdirməklə qalmır, yeni investisiyalar edirlər. Qeyd edək ki, Gürcüstan Azərbaycanda olan maliyyə imkanlarına sahib deyil. Lakin Gürcüstan belə demək mümkünsə, ciddi ambisiya və dəqiq plana malikdir. Bu isə o deməkdir ki, ciddi rəqbət qaçınılmazdır.
Hostellər və münasib biletlər haqqında
Bəs orada otellərlə vəziyyət necədir? Bakıda belə bir fikir dolaşır ki, Gürcüstan, xüsusən Tbilisidə bir-iki “Marriot” və “Redison” var. Vəssalam. Halbuki Bakıda 5 ulduzlu otellər çoxdur.
Müəyyən mənada belədir, lakin Tbilisidə çoxsaylə 2, 3 və 4 ulduzlu otellər, qonaq evləri, hostellər var. Onlar qonaqların arasında rəğbət qazanıb. Onlar Bakıda olandan dəfələrlə çoxdur. Bunu turizm sferasındakı insanlar da təsdiq edir.
Qiymətlərə gəlincə,Gürcüstanın Agenda.ge informasiya agentliyinin məlumatına əsasən, tanınmış müğənnilərin konsertlərinə biletlərin qiyməti 20 lari, 8.5 dollardan başlayacaq.
Nəticədə nə alınır?
Əslində gürcülərin uğur qazanmaq şansı az deyil. Məsələ təkcə yeni proqlamla bağlı deyil. Gürcüstan son illər ərzində mütəmadi olaraq turizm sferasını inkişaf etdirir. Məşhur Booking.com internet resursundan görmək olar ki, buradakı otellər bir həftə, bəzən bir ay öncədən bron edilir.
Bu gün biz Tbilisiyə qarşı nə qoya bilərik?
Azərbaycanın əsas vasitəsi – bilavasitə dövlət başçısının nəzarəti altında olan böyük idman tədbirləridir. Ötən il bu “Avropa oyunları idi, bu il iri miqyaslı Formula-1 Qran-Prisinə start veriləcək. Qran-Pri gələcək illərdə də Azərbaycanın paytaxtında keçiriləcək. Bir neçə ildən sonra Bakıda futbol üzrə Avropa çempionatının bir neçə oyunu keçiriləcək.
Dünya təcrübəsindən məlumdur ki, “Formula-1”, futbol üzrə DÇ kimi böyük mədəni – kütləvi tədbirlər dünyanın hər yerindən çoxlu sayda turist axını ilə müşayiət olunur.
17-19 iyunda Bakıda keçiriləcək Qran-Pri oyunları zamanı Kris Braun ( 18 iyun), Farrel Uilyams (19 iyun) Enrike İqlesiasın (18 iyun) konsertlərinin keçirilməsi planlaşdırılır.
Lakin idman bayramının bu bir neçə günü sadəcə ilgəkdir, “onunla böyük balıqları tutmaq lazımdır”. Yəni daha uzun vədəli turist axınını təmin etmək məqsədi daşımalıdır. Burada isə məlumdur ki, dəqiq proqramın olması vacibdir.
Başqa ölkələr bunu necə edib ondan daha əvvəl bəhs etmişik.
Bu haqda baş redaktorumuz Rəhman Hacıyevin saytdakı bölməsində Sinqapurda keçirilən tədbirlə bağlı analitik məqaləsini oxumaq olar.
İndi əsas məsələ belədir.. "Check in Azerbaijan"-ın bizə məxsus versiyasını hazırlamaq, yaxın illər ərzində bu layihə üzərində çalışmaqdır.
O zaman biz Rusiyadan, digər MDB ölkələrindən, İran və Fars körfəzi ölkələrindən, hətta Avropadan gələn turistlərin sayının artmasına nail ola bilərik. Bu isə öz növbəsində iqtisadiyyatın inkişafına hissolunacaq dərəcədə təsir edəcək.
1news.az