Azərbaycanla Yunanıstan arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycanla Yunanıstan arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

16:32 - 21 / 04 / 2016
Azərbaycanla Yunanıstan arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Xəbər verildiyi kimi, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov aprelin 20-dən etibarən Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun dəvəti ilə bu ölkədə səfərdədir.

1news.az-ın məlumatına görə, səfər çərçivəsində  nazir Yunanıstan  Respublikası ilə idman  sahəsində mövcud əlaqələrimizi, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyində görüşdə olub. Görüş zamanı iki ölkə arasında  idman  sahəsində mövcud əlaqələr və  gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşün sonunda idman sahəsində  müqavilə-hüquq bazasını gücləndirmək məqsədi ilə Yunanıstan tərəfinin təqdim etdiyi “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət  və İdman Nazirliyi arasında idman sahəsində  əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumunun  yekunu olaraq hər iki ölkənin idman və Olimpiya müəssisə və təşkilatları arasında idman və Olimpiya hərəkatı sahəsində mübadilələr daha da inkişaf etdiriləcək. Eyni zamanda, müqavilə idmançılarımızın səviyyəsinin yüksəlməsinə dəstək olması üçün  dünya və Avropa çempionatlarında,  beynəlxalq idman tədbirlərində milli komandaların optimal iştirakının həyata keçirilməsində  idman sahəsində çox zəngin təcrübəyə malik yunan  idmançıları ilə ümumi təlimlərin təşkilini də özündə əks etdirir.

Səfər çərçivəsində nazir eyni zamanda Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilmiş ümummilli lider Heydər Əliyevə  həsr olunmuş kitabın yunan dilində təqdimat mərasimində də iştirak edib. 

Bu gün isə nazir Azad Rəhimov Braziliyada   keçiriləcək XXXI  Yay Olimpiya və  XIV Paralimpiya Oyunları  üçün olimpiya məşəlinin alovlandırma mərasimində  iştirak edəcək. Məlumat üçün bildirək ki, Olimpiya Oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya məbədindən götürülür.

1news.az

Paylaş:
735

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər