Ermənistanın yeni hərbi strategiyası olan “Deterrence system”- qorxutma yolu ilə qarşısını alma haqqında | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın yeni hərbi strategiyası olan “Deterrence system”- qorxutma yolu ilə qarşısını alma haqqında

17:23 - 21 / 04 / 2016
Ermənistanın yeni hərbi strategiyası olan “Deterrence system”- qorxutma yolu ilə qarşısını alma haqqında

Ermənistan Dağlıq Qarabağ ətrafında işğal etdiyi əraziləri “təhlükəsizlik çənbəri” adlandırıb.

Lakin indi bu ərazilərdə ona yetmir. BU haqda il yarım bundan əvvəl 19 may 2015-ci ildə Ermənistan müdafiə nazirinin müavini David Tonoyan Tert.az-a müsahibəsində bidlrib: “ Kim deyib ki, bizə Dağlıq Qarabağ” ərtafındakı “təhlükəsizlik çəmbəri yetərlidir? Kim belə hesab edr? Bizim qiymətləndiməmizə görə Azərbaycanın hazırkı silahlanma səviyyəsində o da yetərli deyil”.

Bununla o etiraf etdi ki, Ermənistan Azərbaycan ərazisini işğal edib və bununla kifayətlənmək niyyətində deyil. Onun qorxudan isə Azərbaycanın müasir silahla təchiz olunmasıdır.

Ermənistan müdafiə naziri S.Ohanyan birinci müavininin çıxışını şərh edərək bildirib: “..ehtiyac olduğu təqdirdə biz hərbi əməliyyatları başqa ərazilərə də köçürə bilərik” (Lraqir.am, 25.05.2015 il ).  

Qondarma “Dağlıq Qarabağ Respublikası” nın (“DQR”) müdafiə naziri Movses Akopyan  (  Ermənistan prezidentinin  15.06.2015-ci il sərəncamı ilə Ermənistan SQ-nin baş qərargahan rəisinin müavini təyin olunub) daha əvvəl “DQR”-ə gələn jurnalistlərə bildirib: “əgər sizin üçün (Ermənistan sakinləri ) təhlükəsizlik təminatı Laçın dəhlizindən keçisə, bizim üçün o Kürdən çayından keçir”. (NEWS.am, 09.07. 2009)

ABŞ və SSSR arasındakı soyuq müharibə dövründə “qorxutma yolu ilə qarşısını almaq” (concept of deterrence)  hərbi-strateji konsepsiyadan istifadə edirdi ki,  bununla nüvə silahı əldə tələbatı izah olunurdu.

Bu konsepsiyanın mahiyyəti odur ki, kim rəqibin nüvə silahına qarşı ilk olaraq öz nüvə silahından istifadə etsə, o məğlub olacaq. Cünki nüvə silahının məhv edilməsi rəqibin birinci məqsədidir. ABŞ və SSSR arasında raketlərin üçüş müddəti isə 30 dəqiqə idi. Bü müddət ərzində nüvə hücuma məruz qalan ölkənin raketlərini hədəfi rəqibin hərbi bazalarından  Dövlət-inzibati mərkəzləri, dövlət və hərbi infrastrukturun üzərinə yönəldilə bilərdi.

 Bu haqda 16-17 fevral 2016-cı ildə ATƏT-in “Doktrinal müdafiə yanaşmaları” adlı  seminarında çıxışı zamanı Ermənistan müdafiə nazirinin müavini David Tonoyan bildirib.  O, ölkənin hərbi strategiyasındakı dəyişikliyi təqdim etdərək deyib: “... ölkənin təhlükəsizliyini təmin etmək və Minsk qrupunun rəhbərlik etdiyi danışıqlar prosesi üçün müsbət şərait yaratmaq üçün Ermənistan bəzi səylər göstərmək niyyətindədir. Əsasən “Tabe etmə/ Qarşısını alma” metodikasına keçid deməkdir..Yeni metodika “Passiv müdafiə”ni əvəz edəcək.. Yeni metodika əsasən, həm qeyri-ixtiyari, həm də qabaqlayıcı tədbirlərin keçirilməsini nəzərdə tutur” (lragir.am, 18.02.2016).  

Bu konsepsiyanın təsdiqi olaraq 14 aprel 2016-cı ildə İctimai televiziyada müsahibəsi zamanı Ermənistan müdafiə naziri S.Ohanyan bildirib: “Bizim hələ istifadə olunmayan elə silahımız var ki, o, rəqibdə yoxdur və xəyalına belə gələ bilməz. Onlardan istifadə daha qlobal məsələlərin həlli üçün nəzərdə tutulub” ( lragir.am, 18.04.2016).

Ermənistan silahlı qüvvələrinin ixtiyarında olan operativ-taktiki raket kompleksi (OTRK) 9К72 “Elbrus” (SKAD) silahı və 50 -300 km uzaqlıqda hədəf ala bilər Р-17 (8114) ballistik raketləri Azərbaycanda yoxdur.

Qlobal məsələlr dedikdə isə Ermənistan çox güman ki, Azərbaycanın neft-qaz sənayesi və boru kəmərlərinə preventiv raket zərbəsi endirməyi nəzərdə tutur.

Ermənistan ərazisində olan kompleksləri Azərbaycan üçün   real təhlükə mənbəyi deyil. Cünki Azərbaycan SQ-nin silah arsenalında olan С300-ПМУ Favorit zenit-raket kompleksi taktiki və operativ taktiki raketləri ( həmçinin P-17) bütün istifadə diapazonunda, həmçinin, aktiv və passiv əngəllər zamanı  məhv etməyə qadirdir.  Nəzərə almaq lazımdır ki, Azərbaycanın silah arsenalında effektiv və yüksək dəqiqliyə malik silahlar var. Onlar təkcə Rusiyadan alınmayıb. “rəqib bunlara sahib deyil”.

ОТРК 9К72 “Elbrus” silahına malik olduğu bildirən və onun ərazi bütövlüyü suverenliyinə qarşı təcavüzün davam edəcəyi ilə bağlı təhdidlər səsləndirən, “Armnyus”a müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzdə iştirak etdiyi etiraf edən Ermənistan prezidenti S.Sarkisyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçidəki görüşündən sonra bildirib: “Azərbaycan rəhbərliyi Ermənistan silahlı qüvvələrinin imkan və bacarıqlarına yaxşı bələddir. Onlar bilir ki, bizdə radiusu 300 km ötən ballistik raket var və qısa zaman ərzində inkişaf edən istənilən rayonu Ağdam kimi xarabalığa çevirə bilər”.

 Ermənistan Raket Texnologiyaları Üzərində Nəzarət Rejimi (RTÜNR) və ballistik raketlərin yayılmasının qarşısını almaq haqqında Haaqa kodeksini heçə sayaraq 300 km uzaqlıqda hədəf alan ballistik raketləri əldə olunub :  “ Ermənistan və Sarkisyan Rusiyadan qanunsuz şəkildə Skad-B və potensial olaraq İsgəndər-M raketlərini almaqla RTÜNR-i gülünc vəziyyətə qoyub. Həmçinin, Ermənistan Haaqa kodeksinin tələblərinə əməl etməyərək raketlərdən istifadəyə qədər onlar haqqından məlumatları, ölkəsinin il ərzində ballistik raketdən necə istifadə etməsi ilə bağlı hesabatı verməyib”, -deyə Amerika Konqresinin   «The Hill» adlı jurnalında çap olunan məqalədə politoloq Denis Yaffe 2014-cü ilin avqust ayında bildirib. (NET-ФАКС 21 avqust 2014 ).

1993-96-cı illərdə Ermənistan Rusiyadan ОТРК 9К72 “Elbrus” operativ taktiki raket kompleksinə aid olan 8 atış qurğusu və onların yanında 32 ədəd Р-17 (8114) idarə olunan ballistik raketi alıb.  Bundan başqa əldə etdiyi Yer-Yer tipli 50-300 km uzaqlıqda hədəfi vuran maye raketin 987 kq çəkiyə malik kimyəvi başlığı vardır. Bu kompleks üzrə hərbi hesablamalar və mütəxəssislər Rusiyanın “Kapustin Yan” poliqonunda hazırlanıb.

2 aprel 1997-ci ildə Rusiya Dumasındakı “ Ermənistana silah göndərərkən baş verən pozuntular haqqında” aldı toplantıda L.Y. Raxlin bildirib: “ Məhz bu komplekslər üzrə 23 may 19 iyun tarixlərində “Kapustin Yan” poliqonunda erməni mütəxəssislər və hesablamalar hazırlanıb.”

9К72 kompleksi hazırda mənəvi olaraq köhnəlmiş sayılır. Belə ki, böyük ölçüyə malik bu qurğu maye raketə görə böyük həcmdə yanacaq, qaldırıcı nəqliyyat, sınaq avadanlığı, texniki və şəxsi heyətin çox olmasını tələb edir. Dəqiqlik səviyyəsi çox aşağıdır, dairəvi səhv ehtimalı 450 km təşkil edir.

Raketlərin və komplektləşdirmə  bağlarının istehsalı 80-ci illərdə başa çatıb və ehtimala görə onların istifadə müddəti də bitib. Ermənistanın ОТРК 9К72 “Elbrus”u ОТРК İsgəndər-M silahına dəyişmək istəyinin həyata keçməsi isə qeyri -realdır. 

1962-ci ildə Karib böhranı zamanı SSSR-nin Kubadan öz raketlərini çıxarmasına cavab olaraq, ABŞ-ın  Türkiyədən ballistik  raketlərini çıxarması boşuna deyildi. NATO üzvü olan Türkiyə sərhəddində daha müasir, yüksək dəqiqlikli, nüvə başlıqlarına malik raket komplekslərinin görünməsi analoji böhranı yarada bilər.

16 aprel 1987-ci ildə yaradılan Raket Texnologiyaları Üzərində Nəzarət Rejiminbin əsası Böyük Yeddilik Ölkələri ( Britaniya, Fransa, Kanada, Alamniya Federativ Respublikası, Yaponiya, İtaliya tərəfindən qeyri-formal olaraq əsası qoyulan  birlikdir. Məqsədi raketlərin və pilotsuz uçan aparatların genşlənməsinin qarşısını almaq olan bu rejimə 34 ölkə daxildir. ( Rusiya 1995-ci ildə daxil olub, Ermənistan isə həmin siyahıda yoxdur). 300 km atış və 500 km ağırlığı olan vasitələri digər tərəfə vermək “qayda kimi imtina etmək ” fəaliyyətidir.

Ermənistan Haaqa kodeksinin ballistik raketlərin yayılmasının qarşısının almaqla bağlı faəliyyət tələblərinə əməl etmir. 25 noyabr 2002-ci ildə Haaqada qəbul olunan bu kodeksə görə Ermənistan hər il öz ballistik raketləri, artıq keçirilmiş, yaxud planlaşdırılan raket  buraxılışı  haqqında  məlumat təqdim etməlidir. Həmin Kodeksə uyğun olaraq fəaliyyət belə müəyyən olunub: “ 4. Aşağıdakıları həyata keçirməyi qərara alır:

i) Ballistik raket proqramı ilə bağlı:

Ballistik raketlərlə bağlı siyasət haqqında hər il bəyanat vermək;

Belə bəyanatların nümunəsi kimi ballistik raket sistemləri və yerüstü ( sınaq poliqonlarında) start kompleksləri haqqında müfaviq məlumatların verilməsi ola bilər;   

Ötən il istifadə olunan, haqqında müvafiq məlumatın verildiyi  ballistik raketlərin növü və sayı haqqında informasiyanın təqdimi..”

Kodeksi 136 ölkə, o cümlədən, Azərbaycan imzalayıb. Ermənistan isə bu sənədə imza atan dövlətlər arasında  yoxdur.

Çingiz Məmmədov, ehtiyatda olan general-leytenant

Paylaş:
7040

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər