Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Konfransı keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Konfransı keçiriləcək

19:07 - 21 / 04 / 2016
Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Konfransı keçiriləcək

25-28 aprel tarixlərində Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransı keçiriləcək.

1news.az-ın məlumatına görə, SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunur.

Beynəlxalq konfransda əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr, Azərbaycanın dünya enerji bazarında artan rolu, Avropanın enerji təhlükəsizliyinə töhfələri haqqında ətraflı məlumatlar yayılacaq, yeni enerji layihələri barədə təqdimatlar iştirakçıların diqqətinə çatdırılacaq.

Tədbirin keçirilməsində məqsəd konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, əməkdaşlıq əlaqələri yaratmaq, SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etməkdir.

Konfransa 19 ölkədən 59 nəfər mütəxəssis və ekspert, Azərbaycandan isə 23 nəfəri mütəxəssis və ekspert olmaqla 150-dən artıq iştirakçı dəvət olunub.

Tədbir iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək, heykəli önünə əklil və gül dəstələri qoyacaq, xatirəsini yad edəcəklər. Açılış günü dövlət və hökumət nümayəndələri, SOCAR rəhbərliyinin təmsilçiləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin rəhbər şəxsləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər plenar sessiyalarda iştirak edəcəklər.

Konfrans öz işini 3 gün ərzində müxtəlif mövzular üzrə 9 sessiyada davam etdirəcək. “Azərbaycanın neft və kimya sənaye sahələrinin inkişafının müasir tendensiyaları”, “Neft-qaz bazarının və Mərkəzi Asiya və Xəzəryanı bazarın makroiqtisadi icmalı”, “Enerji daşıyıcılarla təminat üçün logistika koridorlarının vəziyyətinin və inkişaf perspektivlərinin qiymətləndirilməsi”, “Regionun qaz bazarı”, “Xəzəryanı regionu ölkələrinin neft-qaz sahələrinin icmalı: hasilat, neft emalı, istehlak, idxal, ixrac”, “Regionda neft və neft məhsulları ticarətinin praktiki aspektləri”, “Azərbaycanın neft emalı və neft-kimya sənayesinin inkişafı”, “Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin neft emalı və neft-kimya sahələrinin inkişafı”, “Ən yeni texnologiyalar və istehsalın səmərəsinin artırılması” mövzuları üzrə sessiyalarda müxtəlif məruzələr dinləniləcək və müzakirələr aparılacaq. 

Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək.

1news.az

 

Paylaş:
580

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər