ABŞ nümayəndəsi: Alternativ energetika Azərbaycan üçün böyük imkanlar açacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABŞ nümayəndəsi: Alternativ energetika Azərbaycan üçün böyük imkanlar açacaq

13:19 - 22 / 04 / 2016
ABŞ nümayəndəsi: Alternativ energetika Azərbaycan üçün böyük imkanlar açacaq

“Yenilənəm energetikanın inkişafı Azərbaycan üçün böyük imkanlar açacaq”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Yenilənən Enerji üzrə Amerika Şurasının (ACORE) birinci vitse-prezidenti Tom Veyrik  cümə günü jurnalistlərə bildirib.

“Alternativ energetikanın inkişafı Azərbaycanın qloballaşan dünyada mövqeyini daha da möhkəmləndirəcək. Həmçinin bu, yeni iş yerlərinin açılması və gənc mütəxxəsislər cəlb edilməsi deməkdir”, - bu haqda o, bildirib.

Tom Veyrik ABŞ və Azərbaycanın yenilənən energetika sahəsəində əməkdaşlığını alqışlayır, bunun gələcəkdə daha da möhkəmlənməsini dəstəkləyir və bildirdi ki, bu, uzunmüddətli və məhsuldar olacaq.

ACORE-nin vitse-prezidenti Bakıda hər il yenilənən enerji mənbələri mövzusunda   keçirilən VII konfransda iştirak edir. Bu konfrans aprelin 22-də ADA Universitetində keçirilərək Ümumdünya Yer gününə həsr olunub.

Veyrikin konfransda çıxışı ABŞ-da yenilənən energetikanın perspektivlərinə - bu sahədə istiqamətlənmiş siyasətə, maliyyə imkanları və yeniliklərə həsr olunub. O bütün ölkələrin yenilənən energetika sahəsində milli strategiyalarını inkişaf etdirmək, həmçinin bu sahədə qanunvericiliyi təkmilləşdirmək, elmi işləri investisiya etmək və texniki cəhətdən təchizatını qeyd etdi.

Konfrans Amerika Məzunlarının Avropa Şəbəkəsi (ENAM) təşkilatının ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyilə keçirilir. İştirakçılar davamlı inkişaf, aşağı-karbon iqtisadiyyatına keçid, ekoloji qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə təhsilin inkişafı və "yaşıl" infrastrukturun təşviqindən bəhs ediblər. Həmçinin, konfrans zamanı qabaqcıl beynəlxalq təcrübədən istifadənin vacibliyi də vurğulanıb.

T.Veyrik Bakıya səfəri zamanı Bakı Ali Neft Məktəbini ziyarət edərək, burada təhsil alan gələcək mühəndislə görüşüb.

1news.az

 

Paylaş:
846

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər