Aktau-Bakı reysi təxirə salınıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Aktau-Bakı reysi təxirə salınıb

10:58 - 22 / 04 / 2016
Aktau-Bakı reysi təxirə salınıb

Qazaxıstanın SCAT aviaşirkəti aprelin 22-də Aktaudan Bakıya planlaşdırılan reysi təxirə salıb.

Bu barədə 1news.az Trend-ə istinadən xəbər verir ki,  Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat çatdırılıb.

Reysin təxirə salınması səbəbi barədə məlumat verilmir.

DV 849 Aktau-Bakı reysi üzrə təyyarə Azərbaycanın paytaxtına yerli vaxtla saat 02:50-də çatmalı idi. Müvafiq olaraq bu şirkətin aprelin 22-də saat 03:50-ə planlaşdırılan əks reysi də təxirə salınıb.

1news.az

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər