Kapital Bank təmassız ödəniş kartlarını təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank təmassız ödəniş kartlarını təqdim edir

12:38 - 22 / 04 / 2016
Kapital Bank təmassız ödəniş kartlarını təqdim edir

Kapital Bank daha bir yenilik təqdim edir. Artıq Bankın müştəriləri PayPass təmassız texnologiyanı dəstəkləyən, MasterCard beynəlxalq ödəniş sisteminə aid kartları əldə edə bilərlər.

MasterCard Standard və MasterCard Platinum əsasında olan kartlar vasitəsilə müştərilər 20 manata qədər olan ödənişlərini kartı POS terminala yaxınlaşdırıb bir toxunuşla edə bilərlər. Qeyd edək ki, bunun üçün PİN kod tələb olunmur və ödənişlər dərhal həyata keçir. Əgər ödəniş 20 manatdan yuxarıdırsa, bu zaman PİN kod tələb olunur və adi qaydada nağdsız ödəniş edilir.

MasterCard əsasında olan təmassız kartlar dünyanın əksər ölkələrində geniş istifadə olunur və müştərilərin vaxt itkisini aradan qaldırır. Üzərində xüsusi fərqlənmə nişanı olan təmassız kartları Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Müştərilərin rahatlığına və xidmət keyfiyyətinin artırılmasına böyük önəm verən Kapital Bank, bu istiqamətdə bir sıra yeniliklər tətbiq edir. Yeni və rahat filialların açılması, həmçinin müştərilərə minimal vaxt ərzində, fasiləsiz xidmət göstərilməsi bunun bariz nümunəsidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
715

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər