Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib - FOTO | 1news.az | Xəbərlər
İdman

Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib - FOTO

16:08 - 23 / 04 / 2016
Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib - FOTO

Aprel ayının 23-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş 11-ci ənənəvi şahmat turnirinə start verilib.

Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunub.

Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov turnir iştirakçılarını salamlayaraq, Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışıb və uzun illərdən bəri ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirib.

Qeyd olunub ki, şahmatın daha sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb.

Prezident İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran Ə.Həsənov, bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncamlar imzalandığını da vurğulayıb.

Qeyd olunub ki, şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 mindən çox uşaq və yeniyetmə məşğul olur.

Bildirilib ki, iki dəfə ardıcıl olaraq Avropa çempionu olmuş Azərbaycan artıq nüfuzlu beynəlxalq şahmat yarışlarına da ev sahibliyi etməyə başlayıb. Artıq 2 ildir ki, ardıcıl olaraq Şəmkir şəhərində keçirilən, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turnirində FİDE reytinqində yüksək pillələrdə olan beynəlxalq şahmatçılar iştirak edirlər. 2016-cı ilin sentyabr ayında Beynəlxalq Şahmat Olimpiadasının ilk dəfə olaraq Bakıda keçirilməsi planlaşdırılır.

Nazirliyin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 7-də başa çatacaqdır.

Paylaş:
1257

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24
Bütün xəbərlər