Bu gün Xızı və Siyəzənin bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu gün Xızı və Siyəzənin bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılacaq

11:55 - 25 / 04 / 2016
Bu gün Xızı və Siyəzənin bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılacaq

Bu gün saat 10:00-dan 17:00-dək "Qaz İxrac" İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Giləzi" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

1news.az  SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər