Azad Rəhimov ölkələri beynəlxalq ekstremizmlə mübarizədə səylərinin birləşdirilməsinə çağırıb
“Hazırda dünyada böyük həcmdə qaçqınlar müşahidə olunur. İkinci Dünya müharibəsindən indiyədən ilk dəfədir ki, buna şahid oluruq. Və biz, minlərlə gənc miqrant və qaçqının həlak olmasından narahatıq”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində gənclər və idman naziri Azad Rəhimov bildirib.
O, qeyd edib ki, bugünkü gənclik terror hədələri ilə daha çox qarşılaşır.
“Biz, planet sakinlərini terrorizmin zorakılıq hədələrindən qorumalıyıq. Buna əsasən də, qızlar məruz qalır. Məhz buna görə də, ekstremizmi dayandırmaq lazımdır”.
Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq terrorçuluq və hərbi separatçılığın qurbanı olub.
“25 ildən artıqdır ki, Azərbaycanın 20% ərazisi işğal altındadır. Ölkəmizin sakinləri dünyada sülhün bərqərar olmasının vacibliyini hamıdan çox anlayır”- A.Rəhimov bildirib.
1news.az