Azərbaycan əhalisinin 97%-i Prezident İlham Əliyevi dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan əhalisinin 97%-i Prezident İlham Əliyevi dəstəkləyir

15:19 - 26 / 04 / 2016
Azərbaycan əhalisinin 97%-i Prezident İlham Əliyevi dəstəkləyir

Azərbaycanda prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Bakı şəhərində rəyi soruşulanların mütləq əksəriyyəti - 86,2 faizi bu seçkilərə qatılardı. Respondentlərin 68,1 faizi birmənalı olaraq “səsvermədə iştirak edərdim”, 18,1 faizi isə “yəqin ki, iştirak edərdim” cavab variantlarını seçib.

1news.az-ın verdiyi xəbərə görə, bunu “Rəy” Monitorinq Mərkəzinin aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında keçirdiyi sorğunun nəticələri göstərib.

Məlum olub ki, paytaxt əhalisinin böyük əksəriyyəti - 92,8 faizi öz səsini İlham Əliyevə verərdi. Rəyi soruşulanların 97 faizi İlham Əliyevə tam etibar etdiyini, 89 faizə yaxını İlham Əliyevin onlar kimi insanların maraqlarına cavab verdiyini qeyd edib.

Sorğu, həmçinin müəyyən edib ki, respondentlərin 78,8 faizi prezident postunda İlham Əliyevə alternativ görmür.

Sorğu zamanı əldə edilmiş məlumatların təhlili göstərir ki, dövlət başçısının belə yüksək reytinqə və etimada sahib olması bütövlükdə uğurlu xarici siyasətin, iqtisadi inkişafla bağlı atılan addımların, milli ordunun əldə etdiyi uğurların və s. nəticəsidir. Belə ki, rəyi soruşulanların əksəriyyəti Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyir: 87, 3 faiz bu siyasəti “çox yaxşı” və ya “əsasən yaxşı” qiymətləndirib. Cəmi 5 faiz dövlətin xarici siyasətindən narazılığını bildirib ki, onların da 3,6 faizi bu siyasəti “pis”, 2,1 faizi isə “çox pis” adlandırıb.

Respondentlərdən, həmçinin xarici siyasətimizdəki hansı hadisəni son vaxtların ən uğurlu hadisəsi hesab etdikləri soruşulub və cavab üçün bir neçə variant seçmək imkanı verilib.

Nəticədə 65,5 faiz xarici siyasətin ən uğurlu hadisəsi kimi Prezident İlham Əliyevin Barak Obamanın dəvəti ilə dördüncü Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona səfər etməsini göstərib. Təxminən o qədər - 63,8 faiz respondent son vaxtların ən uğurlu xarici siyasət hadisəsi kimi Prezident İlham Əliyevin Ankara səfərini seçib. Özü də rəyi soruşulanların əksəriyyəti bu səfəri Türkiyəyə və terror aktları ucbatından Bakıya səfərini iki dəfə təxirə salmış prezident Rəcəb Tayyib Ərdoğana dəstək kimi qiymətləndirib. Daha 38 faiz xarici siyasətdəki uğurlu addımlar sırasında dövlətimizin başçısının İrana səfərini, 19 faiz isə Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin Bakıdakı görüşünü göstərib.

Araşdırmaya görə, Dağlıq Qarabağda gərginliyin artması fonunda İlham Əliyevə Ali Baş Komandan kimi dəstək də artıb - ona Ali Baş Komandan kimi rəyi soruşulanların 97 faizi etimad göstərir.

Prezident və hökumətin iqtisadi sahədə atdığı addımlar da Bakı sakinləri arasında müsbət qarşılanır. Belə ki, 28 faiz respondent Azərbaycandakı iqtisadi vəziyyəti “yaxşı”, 44 faiz “orta” və cəmi 18 faiz “pis” qiymətləndirib. Daha 10 faiz sualı cavablandırmaqda çətinlik çəkib. Paytaxt sakinlərinin əksəriyyəti əmindir ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları iqtisadi sahədə vəziyyəti kökündən dəyişir və ölkəni dünya bazarında neftin ucuzlaşmasının və qlobal iqtisadi böhranın mənfi təsirindən qoruyur.

Rəyi soruşulanların 62 faizi hesab edir ki, Prezident İlham Əliyevin sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və lisenziyalaşdırmanın sadələşdirilməsi barədə Sərəncamı kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək. Bu zaman 17,7 faiz hesab edir ki, bu tədbirlər, yəqin, kömək etməyəcək, 8,2 faiz isə əmindir ki, bunun heç bir köməyi olmayacaq.

Bakı sakinlərinin 68,2 faizi hesab edir ki, bu tədbirlər kiçik və orta sahibkarlıq sahəsində lazımsız yoxlamaları aradan qaldıracaq, 16 faiz isə bu nikbinliyi bölüşmür - onların fikrincə, bu tədbirlər müvəqqəti xarakter daşıyacaq və problemi kökündən həll etməyəcək. 15,8 faiz cavab verməkdə çətinlik çəkib.

Respondentlər Prezidentin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması və inhisarçılığın aradan qaldırılması istiqamətində atdığı addımları da müsbət qarşılayır. 61 faiz hesab edir ki, bu, kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək (25,3 faiz buna əmindir, 35,7 faiz isə hesab edir ki, “yəqin, kömək edəcək”). Daha 18,7 faiz isə bunun əksini düşünür (8,5 faiz – “kömək etməyəcək”, 10,2 faiz – “yəqin kömək etməyəcək” cavablarını seçib). 20 faizdən artıq respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu ilə müəyyən edilib ki, milli valyutanın devalvasiyasından sonra müvəqqəti yaranmış bədbinlik artıq aradan qalxmaqdadır. Bakı sakinlərinin 63 faizi hesab edir ki, dövlətin gördüyü tədbirlər milli valyutanın məzənnəsini sabitləşdirməyə imkan verir. 15 faiz respondent bununla bağlı o qədər də nikbin deyil, 20 faiz isə sualı cavablandırmaqda çətinlik çəkib.

Beləliklə, sorğunun nəticələri göstərir ki, paytaxt əhalisi həm dövlətin xarici siyasətini, həm də iqtisadi artım üçün atılan addımları müsbət qiymətləndirir.

Omnibus tipli ictimai rəy sorğusu “Rəy” Monitorinq Mərkəzi tərəfindən Bakı şəhərində bu il aprelin 18 -19-da keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 800-ə yaxın respondent cəlb edilib. Nisbi xəta 3,5 faizdir.

1news.az

Paylaş:
612

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər