Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

22:14 - 26 / 04 / 2016
Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Aprelin 27-də bir bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat veriblər.

Məlumata görə, aprelin 27-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər”, Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə” və “Hacıməlik” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Xızı rayonunun Altıağac, həmçinin Bərdə rayonunun Yeni Daşkənd və Zümürxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Tərtər və Göygöl rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1news.az

 

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər