Bakıda və Abşeron rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda və Abşeron rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

23:51 - 26 / 04 / 2016
Bakıda və Abşeron rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Aprelin 27-də Bakıda və Abşeron rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat veriblər.

Məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi,istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması,qaz xətti üzərində quraşdırılmış siyirtmənin təmiri və aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə əlaqədar, aprelin 27-də  saat  09:00-dan  işlər yekunlaşanadək Bakının Nərimanov rayonunun Atatürk prospekti ərazisində,Sabunçu rayonunun Pirşağı,Nardaran və Kürdəxanı qəsəbələrində,Xəzər rayonunun Buzovna qəsəbəsində,Xətai  rayonunun Gəncə prospekti,M.Hadi küçəsi və Zığ yolu ərazisində həmçinin Abşeron rayonunun Xırdalan və Mehdiabad qəsəbələrinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

1news.az

 

Paylaş:
750

Son xəbərlər

Bütün xəbərlər