Bakıda keçiriləcək İslamiada üçün vacib idman növləri açıqlanıb | 1news.az | Xəbərlər
İdman

Bakıda keçiriləcək İslamiada üçün vacib idman növləri açıqlanıb

11:35 - 27 / 04 / 2016
Bakıda keçiriləcək İslamiada üçün vacib idman növləri açıqlanıb

Gələn il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərində mətbuat konfransı keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki , 57 ölkədən 5000 atletin iştirakı gözlənilən yarışda vacib olan idman növlərinin siyahısı açıqlanıb.

Belə ki, kamandan oxatma, üzgüçülük (o cümlədən sualtı üzgüçülük), atletika, basketbol, qılıncoynatma, futbol, gimnastika, həndbol, cüdo, karate, stolüstü tennis, taekvondo, voleybol və ağırlıqqaldırma növləri üzrə yarışların keçirilməsi tövsiyə olunub. Lakin ev sahibi həmin regionda sevilən idman növünü proqrama daxil etmək hüququna malikdi. Sonuncu yarışı keçirən İndoneziya badmintona üstünlük vermişdi. Azərbaycanın isə seçimini uşunun üzərində dayandıracağı gözlənilir.

İslam Həmrəyliyi İdman Federasiyalarının baş katibi Feysəl Əl Nassel Bakının belə bir yarışı üzərinə götürmələrinə şad olduqlarını açıqlayıb: “Fəxr edirik ki, Bakı kimi möhtəşəm bir şəhər IV Oyunları öz üzərinə götürüb. Çoxsaylı böyük beynəlxalq turnirlərin təşkilində zəngin təcrübəyə malik şəhərin gənən il bu yarışı keçirəcəyini səbirsizliklə gözləyirik”.

1news.az

Paylaş:
642

Sizin üçün xəbərlər

Son xəbərlər

Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39
Bütün xəbərlər