“Gazprom”un Qərbi Avropa və Türkiyəyə təbii qaz ixracı azalıb
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin apreldə Qərbi Avropa və Türkiyəyə təbii qaz ixracı son 12 ayda ilk dəfə azalaraq 13 milyard kubmetr olub.
1news.az “bloomberght.com”a istinadla xəbər verir ki, “Gazprom”un Qərbi Avropa və Türkiyəyə apreldəki təbii qaz ixracı 12 aylıq artımdan sonra mart ayı ilə müqayisədə ilk dəfə 3,5 faiz azalıb.
Lakin “Gazprom”un bu ilin ilk dörd ayındakı ümumi təbii qaz ixracı isə 2015-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 20 faiz artaraq 57,4 milyard kubmetrə çatıb.
1news.az
919