Elxan Məmmədov: Bakı U-17 Avropa çempionatının rekordunu qıra bilər, gəlin bunu birlikdə edək! | 1news.az | Xəbərlər
Futbol

Elxan Məmmədov: Bakı U-17 Avropa çempionatının rekordunu qıra bilər, gəlin bunu birlikdə edək!

21:57 - 29 / 04 / 2016
Elxan Məmmədov: Bakı U-17 Avropa çempionatının rekordunu qıra bilər, gəlin bunu birlikdə edək!

Sportbox.az-ın mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatı ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla müsahibəsi:

- Avropa çempionatına hazırlığı necə qiymətləndirirsiniz?

- Hazırlıqların ən qızğın vaxtıdır. Ən əsası komandaların tələblərini və istəklərini qarşılamaqdır. Hesab edirəm ki, onlar üçün bütün şərait yaradılıb. Yerli Təşkilat Komitəsi və UEFA ilə birgə onlar üçün gözəl otel ayrılıb, bütün məşq meydançaları və stadionlar hazır vəziyyyətə gətirilib. Məlum olduğu kimi, oyunlar yeni arenalarda keçiriləcək. Olimpiya Stadionu oyunlardan əlavə açılış və bağlanış mərasimlərini də qəbul edəcək. Eyni zamanda görüşlər “Baksel Arena”, “Dalğa Arena” və “Azərsun Arena”da keçiriləcək.

Təşkilat Komitəsinin Olimpiya Stadionunda, “Boulevard Hotel” və AFFA-da üç ofisi açılıb.

Deyə bilərəm ki, tam olaraq hazırlıq işlərindən razıyıq. Fürsətdən istifadə edərək Təşkilat Komitəsi və AFFA ilə əməkdaşlıq edən və bizə dəstək olan dövlət qurumlarına təşəkkür etmək istəyirəm.

- Azərbaycan artıq 2012-ci ildə qadınlar arasında dünya çempionatı kimi böyük futbol turnirinə ev sahibliyi edib. Həmin yarışdakı təcrübənin indi nə dərəcədə köməyi dəyir? Hazırkı turnir gələcəkdə qəbul edəcəyimiz Avro-2020 və digər turnirlərə hazırlaşmağımıza kömək edəcəkmi?

- Hamımız 2012-ci ildə qadınlar arasında keçirilən dünya çempionatını yaxşı xatırlayırıq. Bu böyük turnir, böyük futbol bayramı olmaqla yanaşı, Azərbaycanın futbol tarixində ən böyük tədbir idi. Həmin vaxt da 16 komanda çıxış edirdi. Yəni, həmin dünya çempionatı miqyasına görə keçirəcəyimiz yeniyetmələr arasında Avropa çempioantından heç də geri qalmır.

Yeri gəlmişkən, əgər FİFA və UEFA-nın tələblərini müqayisə etsək fərqi görə bilərik. FİFA-nın himayəsi altında keçirilən dünya çempionatında qazanılan təcrübə UEFA-nın tələblərini qarşılamağa tam cavab verir.

Təcrübə böyük əhəmiyyət kəsb etməklə yarana biləcək problemlərin həllində bizə kömək edir. Lakin ancaq təcrübəyə güvənmək olmaz. Avropa çempionatının keçirilməsinə cəlb olunmuş hər bir şəxs öz işini peşəkarlıqla görməkdə davam etməlidir.

- Tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan yığması turnirə nə dərəcədə hazırdır? Sizin fikrinizcə, milli komandamız Avropanı təəccübləndirməyə qadirdirmi?

- Qeyd etdiyiniz kimi, komandamız Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edəcək. Bu uşaqlara özlərini göstərmələri üçün yaxşı şansdır. Onları kəşf edə bilərlər. Digər tərəfdən unutmaq olmaz ki, komandamız evdə çıxış edəcək. Bu heç də az əhəmiyyət daşımır.

Əlbəttə, uşaqlar həyəcanlana bilərlər, ancaq biz onlarla işləyirik. Baş məşqçi Təbriz Həsənov onları psixoloji cəhətdən də hazırlayır. Bundan başqa Məşqçilər Komitəsinin, İcraiyyə Komitəsinin üzvləri, ümumiyyətlə, kömək etmək istəyən hamı oyunçularla görüşür. AFFA-nın Məşqçilər Komitəsi son il ərzində hər zaman komanda ilə birgə olub. Bizim təcrübəli mütəxəssislərimiz daim baş məşqçi ilə əlaqədədirlər.

Bununla belə unutmaq olmaz ki, Bakıya Avropanın ən güclü 15 yığması gələcək. Lakin biz komandamıza inanırıq və bizim azarkeşlərin dəstəyinə ehtiyacımız var.

- Çempionatın açılış mərasimi necə olacaq? Mayın 5-də qonaqlardan kimlər Bakıya gələcəklər?

- UEFA-da olan həmkarlarımızın dediyi kimi, ən böyük açılış mərasimi 90 dəqiqəlik futbol matçıdır. Hər kəsi açılışa gəlib oyundan həzz almağa çağırırıq. Vacib deyil ki, ancaq futbolsevərlər gəlsinlər. Böyük bayram olacaq hər bir kəs onun bir hissəsi ola bilər. Yeniyetmələr arasında Avropa çempionatı keçən əsrin 80-ci illərin əvvəllərindən keçirilir və biz böyük tarixin bir hissəsi olacağıq.

 Açılış mərasimi şən və gözəl olacaq. Mayın 5-də Olimpiya Stadionuna gələn hər kəsi Azərbaycan estradasının ulduzlarının çıxışları gözləyir.

Top-klubları təmsil edən çoxlu sayda skautlar gələcək. “Arsenal”, “Mançester Yunayted”, “Bavariya”, “Mançester Siti”, “Marsel” və başqaları. Onlar bir neçə ildən sonra ulduz olacaq gənc oyunçuların oyunlarını izləyəcəklər. Onlarla artıq müqavilə bağlamaq istəyəcəklər.

Bizim futbolçular da özlərini göstərə bilərlər və kim bilir, bəlkə bir neçə ildən sonra azərbaycanlı futbolçular da məşhur Avropa klublarına keçəcəklər. Runi, Müller, Qötze, Fabreqas, Fiqu və dünya futbolunun bir çox digər ulduzları karyeralarına məhz yeniyetmələr arasında Avropa çempionatından başlayıblar.

Bakıya çoxlu qonaqlar gələcək. Bunlar ancaq komandaların təmsilçiləri deyil, eyni zamanda onların dostları, qohumlarıdır. Məlum olduğu kimi, Avropa çempionatının bütün xərclərini UEFA öz üzərinə götürür, yuxarıda qeyd etdiyim qonaqlar isə öz hesablarına gələcəklər və Azərbaycana maliyyə cəhətdən xeyir verəcəklər.

Bəzi komandalar bizə çempionatın sonuna kimi məşq cədvəllərini göndəriblər. Yəni, onlar mayın 21-nə kimi Bakıda qalacaqlarına əmindirlər. Bu cür komandaların sayı cəmi üçdür. Məlumatın məxfiliyini nəzərə alaraq həmin komandaların adlarını açıqlaya bilmərəm, ancaq onların maraqlı yanaşmasını qeyd edə bilərəm (gülür).

- Bildiyimiz kimi, U-17 Avropa çempionatları zamanı stadionlara gələn azarkeşlərin sayı üzrə rekord göstərici 30 min nəfər təşkil edir. Bizim Olimpiya Stadionunun miqyasını nəzərə alsaq nəzəri olaraq həmin rekordu qıra bilərik. Açılış mərasiminə və oyunlara bilet satışı necə gedir?

- Gəlin rekord qıraq! Açılış oyununda bunu etmək üçün yaxşı şansımız var. Rekord Danimarkaya məxsusdur. Belə ki, orada açılış zamanı stadiona 30 min adam gəlmişdi. İndi bu nəticəni yaxşılaşdırmaq üçün əla şansımız var. Bunun üçün isə azarkeşlərin, idmansevərlərin və Bakıda keçiriləcək bu bayramın bir hissəi olmaq istəyən hər kəsin dəstəyinə ehtiyacımız var.

Biletlərin qiyməti çox aşağıdır – 1-2 manat. Bunu ona görə etmişik ki, hər kəsin stadiona gəlmək və gözəl idman tədbirinin bir hissəsi olmaq üçün imkanı olsun. Gəlin komandamıza dəstək olaq! Gəlin rekord qıraq! Olimpiya Stadionumuz bizə belə bir imkan verir.

Elmir Əliyev

 

Paylaş:
2941

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24
Bütün xəbərlər