Mərkəzi Bankın sədri Fransanın keçmiş baş nazirini qəbul edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankın sədri Fransanın keçmiş baş nazirini qəbul edib

10:31 - 29 / 04 / 2016
Mərkəzi Bankın sədri Fransanın keçmiş baş nazirini qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakıda səfərdə olan Fransa Respublikasının keçmiş baş naziri Dominik de Vilpenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın məlumatına görə, görüşdə Azərbaycan və Fransa arasında iqtisadi əlaqələr, Azərbaycanda neft sektorundan asılı olmayan, diversifikasiya olunmuş iqtsadiyyat modelinin tətbiq edilməsi məqsədilə hazırda ölkədə keçirilən geniş miqyaslı iqtisadi islahatlar və bununla əlaqədar Azərbaycanın Fransa ilə iqtisadi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.

E.Rüstəmov Azərbaycan və Fransa arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişaf məsələləri, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib.

Dominik de Vilpen öz növbəsində Bakının ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçdiyini qeyd edərək Azərbaycanın regional hadisələr fonunda uğurlu inkişaf dinamikası nümayiş etdirdiyini vurğulayıb. O, Fransanın inkişaf prioritetlərinə uyğun şəkildə Azərbaycanla sıx əməkdaşlığının davam etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə həmçinin, ölkələr arasında “Yeni ipək yolu” layihəsi çərçivəsində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
591

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər