Azərbaycan Kubokunun oyunlarında hakimlərin idarəçiliyi ilə bağlı toplantı keçiriləcək | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan Kubokunun oyunlarında hakimlərin idarəçiliyi ilə bağlı toplantı keçiriləcək

11:20 - 29 / 04 / 2016
 Azərbaycan Kubokunun oyunlarında hakimlərin idarəçiliyi ilə bağlı toplantı keçiriləcək

Hakimlər Komitəsi Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantılar keçirib.

1news.az-ın PFL-ə istinadən verdiyi xəbərə görə, hər həftə baş tutan toplantı zamanı turda idarəçilik etmiş hakimlər iştirak edir, onların verdikləri qərarlar videoçarxlarla müzakirə olunur.

Azərbaycan Kubokunun ½ final mərhələsinin və Topaz Premyer Liqasının XXXI turunun görüşlərində verilən qərarlar  bu gün saat 16:00-da AFFA-nın inzibati binasında reallaşacaq ənənəvi toplantı zamanı müzakirəyə çıxarılacaq.

Budəfəki toplantı media nümayəndələri üçün açıq olacaq. Müzakirələrdən sonra  Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun və hakimlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

1news.az

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər