Lələtəpənin azad olunması sərhədyanı ərazidə yaşayan əhalinin tezliklə Dağlıq Qarabağa qayıdacağına inamı artırdı – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Lələtəpənin azad olunması sərhədyanı ərazidə yaşayan əhalinin tezliklə Dağlıq Qarabağa qayıdacağına inamı artırdı – FOTO

15:15 - 02 / 05 / 2016
Lələtəpənin azad olunması sərhədyanı ərazidə yaşayan əhalinin tezliklə Dağlıq Qarabağa qayıdacağına inamı artırdı – FOTO

Füzuli rayonunun cəbhəyanı bölgədə yerləşən Böyükbəhmənli kəndinin sakini  Elşən  Məmmədov aprel ayının əvvəlindən etibarən Azərbaycan Silahlı Qüvvələri Fonduna 3 dəfə pul köçürmələri edib.

Kənd sakininin sözlərinə heç olmasa bu yolla o, silahlı qüvvələrimizə yardım etmiş olduğunu hiss edir. Baxmayaraq ki, Azərbaycan Müdafiə Nazirliyinin onları lazım olan hər şeylə təmin etdiyini bilir.

“Bunu etməklə mən mənəvi rahatlıq tapıram”, -o, deyib.

Sakinlər cəbhəyanı ərazilərin Ermənistan SQ tərəfindən atəşə tutulmasına artıq öyrəşib. Ona görə də Atəşkəs rejiminin pozulması onlar üçün adi haldır.

“Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları və Lələtəpənin azad olunması ordumuzun yaxın zamanda qələbə qazanacağına bizdə inam yaradıb”,- E.Məmmədov deyib.

Qeyd edək ki, Azərbaycan SQ aprel ayının əvvəlində ermənilərin güclü artilleriya atəşinə cavab olaraq hərbi əməliyyat keçirib və Lələtəpə yüksəkliyini azad edib.

“Baxın, mal-qaram bizim ordunun mövqeləri yaxınlığında otlayır, əgər mən ordumuzun gücünə inanmasaydım onları burda saxlaya bilməzdim”,- o, deyib.

E.Məmmədov bildirdi ki, cəbhədə qanlı döyüşlər gedərkən kəndin gəncləri döyüşə getmək istəyini bildirib.

“Mənim 3 övladım var- Türkmən, Oğuz və Heyran. Onlara söz vermişəm ki, bir gün Füzuli rayonuna aparacağam. Hər gün övladlarım sözümü nə vaxt tutacağamı məndən soruşur”,- deyən E. Məmmədov bildirib ki, onların indi yaşadıqları kənd 1994-cü ildə işğaldan azad edilib.

Azərbaycanın 20 faiz ərazisi –Dağlıq Qarabağ və ətrafında olan 7 rayon hələ də erməni silahlı qüvvələrinin işğalı aıtındadır.

Aprelin əvvəlindəki hərbi əməliyyatlardan sonra, aprelin 5-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, 12:00-dan başlayaraq qoşunların təmas xəttində hərbi əməliyyatlar hər iki tərəfin razılığı ilə dayandırılıb.

Füzuli rayonu İcra Hakimiyyətinin sədr müavini Bağır Aslanovun sözlərinə görə, cəbhəyanı kəndlərin əhalisi öz evlərindədir.

“Bütün sakinlər öz evlərində idi və ağır döyüşlər gedən zaman heç kim öz yerindən tərpənməyib”, - deyən sədr müavini həm silahlı qüvvələrimizin, həm də yerli əhalinin yüksək hərbi ruhda olduğunu qeyd edib.  

“Dinc əhali kütləvi şəkildə hərbi komissarlığa gedərək cəbhə bölgəsində vuruşmaq istəyini bildirib. Lakin hələ Azərbaycan ordusu qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirir və könüllülərə ehtiyac yoxdur”,- İcra Hakimiyyətinin nümayəndəsi bildirib.

“Heç bir qorxumuz yoxdur. Əgər olsaydı, insanlar burada yaşayardımı?”,- deyə qazaxlar kəndinin sakini İlqar Qəhrəmanov qeyd edib. Bura bizim Vətənimizdir, burdan başqa hara  gedə bilərik?”, - deyə o, sual verib.

 “Bizim sonuncu qələbəmiz ordumuza olan inamı daha da artıqdı”,- deyən İ.Qəhrəmanov kənd sakinlərinin birinin döyüşə hazırolduğunu bildirib.

Mövzu ilə əlaqədar oxuyun:

Ermənilərin Ağdamın kəndlərini atəşə tutması nəticəsində yaralanan mülki şəxs vəfat edib

Qazaxlar kəndininmüəllimi Əziz Abbasov qeyd edeib ki, kənd sakinləri yüksək hərbu ruhdadir.

“Biz Lələtəpə ermənilərdə olduğu zaman da qorxumuz yox idi. Azərbaycan hərbi qüvvələri yüksəkliyi azad edəndən sonra isə erməniləri müəyyən dərəcədə neytrallaşdırdı və onları buradan daha da uzaqlaşdırdı”- deyə A.Əzizov bildirib.

Onun sözlərinə görə əvvəl kənd sakinləri hər gün erməni güllələrinin səsinə oyanırdı.

“Bu yüksəklik azad olunandan sonra ermənilərin kəndi atəşə tutması imkanı azalıb. İndi atəş səsləri az eşidilir”- o, deyib.

“Döyüşlərin getdiyi 3 gün ərzində ordumuza olan güvən daha da artdı”.

“Bu güvən nəticəsində fermerlər qorxusuz halda sahədə işləyə bilirlər”, - o, deyib.

“indi biz əkin sahələrinə qayıdırıq. Əgər biz ordumuza əmin olmasaydıq ora gedərdikmi?”- deyə Qazaxlar kəndinin sakini traktorçu Səbuhi Usubov bildirib.

“ Mənim 33 yaşım var və orduya yollanmaq üçün əmr gözləyirəm”,- deyən Qazaxlar kənd sakini Səməd Namazov bildirib ki, onun əmisi 1993-cü ildə Qarabağ müharibəsində itkin düşüb. “Biz Şuşanı qaytarmağa hazırlaşırıq”.

Qazaxlar kəndinin bələdiyyə sədri Nurəddin Bayramov deyib ki, atışma 27 aprel axşam və 28 aprel səhər saatlarında olub. “Hər kəs öz yürində əyləşib və ordumuzun gücünə əmindir”, o, qeyd edib.

N.Bayramov həmçinin cəbhəyanı bölgələrdə Lələtəpəni azad olunmasından sonra müdafiənin gücləndiyini bildirib.

ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas danışıqlar platforması olaraq qalır.

Lakin vasitəçilərin səylərinə baxmayaraq bu münaqişə 20 ildir ki, öz həllini tapmayıb.

1news.az

Paylaş:
1359

Son xəbərlər

Bütün xəbərlər