“Bulla-dəniz”dəki 6 nömrəli özüldə üç il ərzində 4 qaz quyusu qazılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bulla-dəniz”dəki 6 nömrəli özüldə üç il ərzində 4 qaz quyusu qazılacaq

18:03 - 02 / 05 / 2016
“Bulla-dəniz”dəki 6 nömrəli özüldə üç il ərzində 4 qaz quyusu qazılacaq

“Bulla-dəniz” yatağında yeni inşa edilən 6 nömrəli stasionar dəniz özülündə üç il ərzində 4 təbii qaz quyusunun qazılması planlaşdırılır. Burada gündəlik 4 milyon kubmetr təbii qaz hasil ediləcək.

1news.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, 6 nömrəli stasionar dəniz özülü ən yüksək dünya standartlarına uyğun tikilərək istifadəyə verilib, artıq qazma işlərinə başlanılıb.

“SOCAR-ın daxili imkanları ilə 2014-cü ildən inşasına başlanılmış bu özülün layihəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilmiş, istismara hazır vəziyyətdə olan birinci buraxılış kompleksi üzrə tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. 1 ədəd axtarış və 3 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 19-20 metr dərinliyində quraşdırılmışdır. Yaşayış və istehsalat hissələrindən ibarət özülün ümumi sahəsi 5350 kvadrat metrdir. İstehsalat hissəsi 9 dayaq bloku və 10 aralıq seksiyasından, yaşayış hissəsi isə 2 dayaq bloku və 1 aralıq seksiyasından ibarətdir. Blokların hündürlüyü 32 metrdir. İstehsalat hissəsini yaşayış hissəsi ilə hər birinin uzunluğu 33 metr olan 2 körpü əlaqələndirir. Özüldə 1 ədəd vertolyot, 10 ədəd gəmi yanalma və 4 ədəd minik-düşmə meydançası quraşdırılmış, işçi personalının rahat və təhlükəsiz çalışması üçün 88 nəfərlik vaqon tipli yaşayış evi, 21 sanitar qovşağı, məişət evcikləri, çamaşırxana inşa edilmişdir. Özül yükqaldırma qabiliyyəti 4-28 ton olan 3 ədəd stasionar qaldırıcı kran, 3 ədəd 42 nəfərlik xilasedici qayıq, 9 ədəd 10 nəfərlik xilasedici sal, bioloji sutəmizləmə qurğusu, dəniz suyunu şirinləşdirən qurğu, ventilyasiya, isitmə-soyutma və yanğınsöndürmə sistemləri, nəzarət ölçü cihazları və digər zəruri avadanlıqlarla təchiz edilmiş, radioəlaqə və avtomatika işləri yerinə yetirilmişdir. Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 2 ədəd dizel elektrik generatoru quraşdırılmışdır. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilmişdir. Qeyd olunmuşdur ki, özüldə 5900-6300 metr dərinliyə qazılacaq quyuların hər birindən sutkada 150 ton kondensat və 500 min kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən “Drilmec 3000 HP land” yeni qazma qurğusundan istifadə ediləcəkdir. Bu qurğu vasitəsi ilə 8000 metrdən artıq dərinliyə malik quyuların qazılması mümkündür. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması nəzərdə tutulmuşdur. İstismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək”

Bu özül SOCAR-ın təbii qaz proqramını həyata keçirmək üçün əsas platformalardan biri olacaq.

R.Abdullayev bildirib ki, SOCAR-ın hökumət qarşısındakı öhdəliklərinə uyğun olaraq yeni təbii qaz proqramı həyata keçirilir. Proqramda “Bulla-dəniz”, “Ümid” və “28 May” yataqlarının işlənməsi, genişlənməsi, yeni quyuların qazılması və təbii qaz hasilatının artırılması nəzərdə tutulur. Qazma proqramını icra etmək üçün hökumət Mərkəzi Bank vasitəsilə kredit ayırıb. Nəzərdə tutulan bütün işlər həmin kredit hesabına həyata keçiriləcək.

1news.az

Paylaş:
1157

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər