Euro-2016: Azərbaycan və onun A qrupundakı rəqibləri - FOTO | 1news.az | Xəbərlər
Futbol

Euro-2016: Azərbaycan və onun A qrupundakı rəqibləri - FOTO

19:06 - 02 / 05 / 2016
Euro-2016: Azərbaycan və onun A qrupundakı rəqibləri - FOTO

Mayın 5-dən 21-dək Bakıda U-17 gənclər arasında Avropa çempionatının başlanmasına sayılası günlər qalıb.

1news.az yarış iştirakçılarını tanış etməyə başlayıb. İlk sırada A qrupu dayanır ki, buraya Azərbaycan, Belçika, Portuqaliya və Şotlandiya daxildir.

Ev sahibliyi edən Azərbaycan yığması Euro-2016-nın final mərhələsində yarışın seçmə və elit turlarından keçə bilib. Bir tərəfdən bu yaxşı göstəricidir, digər tərəfdən isə - komandamız yalnız yoldaşlıq oyunu ilə təcrübə toplaya bilib.

Xüsusən də bir il öncə Sankt-Peterbuqda Valentin Qranatkinin xatirəsinə keçirilmiş yarış zamanı Azərbaycan yığması Belorus, Sloveniya və Latviyadan olan komandalara qarşı dayan bildi. Baxmayaraq ki, bu komandalardakı iştirakçılar yığmamızdakı futbolçulardan iki yaş böyük idi. Həmçinin yığmamız Bolqarıstandan olan həmyaşıdalarına qarşı da yaxşı oyun nümayiş etdirə bilib.

Bu ilin fevral-mart aylarında Bakıda Ukrayna və Rusiyanın iştirakı ilə sparrin-oyun təşkil olunub. Əlbəttə ki, yoldaşlıq oyunları rəsmi oyunlarla eyni ola bilməz. Lakin Azərbaycan yığmasının öz potensialı var. Bundan əlavə, hələ gənc olan bu yığmanın Türkiyə klublarından “Beşiktaş”, “Trabzonspor”, Almaniyanın “Leypsinq” kimi klubundan nümayəndələri var. Yığmanın böyük hissəsini 16 yaşlı futbolçular təşkil edir ki, onlar da təcrübə toplayaraq Euro-2017-nin seçim mərhələsəində iştirak edə bilərlər. “Leypsinq” klubundan olan Murad Məmmədovun hələ 15 yaşı var.

Qrupun favoriti isə, zənnimcə Portuqaliyadır. Yalnız pireneyalılər kvartetə daxil olan yeganə komandadır ki, 17 yaşlılar arasında Avropa çempionatında qalib gələ biliblər. Bu, 2002/2003 mövsümündə baş verib. Finalda İspaniyadan olan prinsipial rəqiblər 2:1 hesabı ilə qalib gələ biliblər. Portuqaliya klubunda gənc ikən Kriştianu Ronalda oynamağa başlayıb.

Qeyd edək ki, Protuqaliya Avropa çempionatında 16 yaşlılar arasında dörd dəfə qalib gəlib. Belə ki, 1980-ci ildən 2000/2001 mövsümünə qədər Avropa çempionatı U-16, 2001/2002 mövsümündə isə U-17 arasında keçirilib.

Hazırki futbol yığmasında Portuqaliya nəhəngləri olan – “Soprtinq” və “Benfik”dir. Portuqaliyanın seçmə turu problemsiz ötüşüb. Belə ki, San-Marino (5:0), Ermənistan  (7:0) və İngiltərə ilə heç-heçə (1:1) oynayıblar. Elit turda isə Xorvatiya (4:2), Uels (1:0) və İsveçi (2:0) məğlub edə biliblər.

Azərbaycanla şəxsi görüşlərə gəlincə, bu zaman Portuqaliya burada 2 dəfə qalib gələ bilib. Seçmə turda biz Euro-2011-də 0:2 hesabı ilə ötüşə bildik. Ötən il isə Bakıda Portuqaliya 3:0 hesabı ilə qalib gəldi.

Kollektiv kvartetin ikinci gücü Belçikadır. Komandanın Avropa çempionatından ən kiçik yaş qrupu üzrə belə heç bir titulu yoxdur. Portuqaliya ilə oxşarlıq ondan ibarətdir ki, böyük futbola Ronaldo kimi Eden Azar da 2001/2002 mövsümündə buradan qədəm qoyub. Hazırki sifarişdə yerli klubların oyunçularından başqa Benilüks ölkələrindən  İngiltərənin “Mançestr Yunayted”, “Stok Siti”, İtaliyanın “İnter”, “Monako”, Hollandiyanın “Ayaksa” klublarından nümayəndələr var.

Seçmə mərhələrsində Belçika Sloveniya (2: 1), Farer adaları (4: 1) və Türkiyə ilə heç-heçə (0: 0) oynayıb. Elita turda isə Belçika Sloveniya (0:0), İspaniya(0:0) və İsraillə (1:0) oynayıb.

Azərbaycan yığması ilə Belçika iki dəfə oynayıb və hər iki oyunda uğur əldə edib. 2011/2012 və 2014/2015 mövsümlərinin seçmə turlarında biz, 0:1 və 0:3 hesabı ilə güzəşt etdik.

Və nəhayət Şotlandiya. Bu Britaniya komandasının final mərhələsinə düşməsinin özü uğurdur. Lakin, məlum olduğu kimi, iştah yemək zamanı gəlir. Buna görə də şotlandiyalıları hesab artıranlar kimi qələmə vermək lazım deyil. Komandanın tərkibində “Everton” kimi məşhur yerli və ingilis klublarından olan nümayəndələr də var.

Seçmə mərhləsində Şotlandiya Makedoniyaya qalib gələrək (3:0), Bolqarıstana (0:2) güzəşt etdi və İtaliya ilə heç-heçə (1:1) oynayıb. Bunun sayəsində seçmə turda 3-cü yerdə qərarlaşdı. Elit turda isə Şotlandiya Daniya ilə (0:4), Çexiya ilə (2:0) və İsveçrə ilə (1:1) hesabı ilə oynayaraq kvartetdə 2-ci yerə layiq görülüb.

Şotlandiya yığması ilə Azərbaycan komandasının yolları hələ ki, kəsişməyib.

1news.az

Paylaş:
2759

Sizin üçün xəbərlər

Son xəbərlər

Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02
Bütün xəbərlər