Çində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimat mərasimi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Çində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimat mərasimi keçiriləcək

13:58 - 03 / 05 / 2016
Çində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimat mərasimi keçiriləcək

5-6 may tarixlərində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Çinin paytaxtı Pekinə səfər edəcək.

1news.az SAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti orada SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimovun müəllifi olduğu “Azərbaycanın inkişaf yolu” kitabının təqdimat mərasimində iştirak edəcəklər.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov və SAM-ın Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov daxildir.

Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi və Strateji Araşdırmalar Mərkəzidir.  

“Azərbaycanın inkişaf yolu” kitabında Azərbaycan Respublikasının son 25 ildə keçdiyi yol, milli dövlət quruculuğu, iqtisadi inkişaf, gələcək inkişaf planları, Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsi kimi mövzular müzakirə olunacaq.

Səfər ərəfəsində nümayəndə heyətinin Beynəlxalq Problemlərin Araşdırmaları Akademiyası, ÇXR Beynəlxalq Münasibətlər Akademiyası, ÇXR Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamenti, Hərbi İşlər üzrə Araşdırma İnstitutu, ÇXR XİN və ÇXR Tərksilah və Sülh Cəmiyyətində görüşləri nəzərdə tutulub.  

1news.az

 

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər