AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

17:59 - 03 / 05 / 2016
AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

27 aprel 2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Azərbaycan Kubokunun 1/2 mərhələsinin “Neftçi” – “Qəbələ” matçının 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 “Neftçi” – “Qəbələ” matçının 74-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu  Aleksey Qay və oyunun 86-cı  dəqiqəsində “Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalanmışdır.

İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:

Oyunun 74-cü dəqiqəsində “Qəbələ” klubunun 19 №-li futbolçusu Aleksey Qaya simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur (maddə 19) .

Oyunun 86-cı dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur  (maddə 19) .

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

1 may  2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Topaz Premyer Liqasının XXXII turunun “İnter” – “Sumqayıt” matçının 27-ci dəqiqəsində “İnter” klubunun 1 №-li futbolçusu Kamran Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt” klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

1 may  2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Topaz Premyer Liqasının XXXII turunun “Zirə” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).

30 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXII turunun “İnter” – “Sumqayıt” matçında “İnter” klubunun 31 №-li futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

30 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXIV turunun “Bakılı” – “Şahdağ” matçının 11-ci dəqiqəsində “Şahdağ” klubunun 10 №-li futbolçusu Vüsal Səfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

30 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXIV turunun “Energetik” – “Bakı” matçının 45-ci dəqiqəsində “Energetik” klubunun 17 №-li futbolçusu Etibar Alıyev və “Bakı” 41 №-li futbolçusu Müşfiq İlyasov rəqibi təhqir etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.3).

Oyunun 45-ci dəqiqəsində “Energetik” klubunun 1 №-li futbolçusu Zamir Cəlilov aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).

Oyunun 85-ci dəqiqəsində “Bakı” klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

29 aprel 2016-cı il U-16 Liqasının “Əlincə” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Əlincə” klubunun baş məşqçisi Vasif Haqverdiyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).

2 may 2016-cı il U-14 Liqasında “Kəpəz” – “Neftçi”PFK matçının 18-ci dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Musa Qurbanlı və “Kəpəz” klubunun 2 №-li futbolçusu Nemət Musayev bir-birilərinə qarşı aqressiv hərəkətə görə  qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanır (maddə 38.1).

Oyunun 56-cı dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Hüseyn Ələsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).

30 aprel 2016-cı il futzal üzrə Azərbaycan  çempionatının “Ağdam” – “Qarabağ Veteranları” matçının 35-ci dəqiqəsində “Ağdam” klubunun 14 №-li futbolçusu Səbuhi Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

22 aprel 2016-cı il Azərbaycan  birinciliyinin “Nəbi” FK   – “İFFA” matçında “İFFA” klubunun iştirak etməməsinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

30 aprel 2016-cı il futzal üzrə Azərbaycan  çempionatının “Nəbi” FK – FHN matçının 24-cü dəqiqəsində “FHN” klubunun rəhbəri Toğrul Mehdiyev hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanr (maddə 42.4).

24 aprel 2016-cı il Azərbaycan Həvəskarlar liqasının “Qobustan” – “Vətən RİOEUGEM” matçının 75-ci dəqiqəsində “Vətən RİOEUGEM” klubunun futbolçuları meydanı tərk etdilərinə görə kluba texniki məğlubiyyət verilir, hesab olduğu kimi saxlanılır (maddə 56).

1news.az

Paylaş:
859

Sizin üçün xəbərlər

Son xəbərlər

Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10
Bütün xəbərlər