Erməni silahlılarının aprel təxribatları zamanı 16 nəfər azərbaycanlı məcburi köçkün həlak olub, 40 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Siyasət

Erməni silahlılarının aprel təxribatları zamanı 16 nəfər azərbaycanlı məcburi köçkün həlak olub, 40 nəfər yaralanıb

12:50 - 03 / 05 / 2016
Erməni silahlılarının aprel təxribatları zamanı 16 nəfər azərbaycanlı məcburi köçkün həlak olub, 40 nəfər yaralanıb

Erməni tərəfinin aprel ayındakı təxribatları Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti yaxınlığında yaşayan məcburi köçkünlərdən  16 nəfərin yaralanması, 40 nəfərin isə ölümü ilə nəticələnib.

1news.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu haqda Azərbaycanın  baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə bağlı Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşü zamanı bildirib.   

Əli Həsənov Səfirə aprel ayında qoşunların təmas xəttində baş verən hadisələr barədə də ətraflı məlumat vermiş və qeyd etmişdir ki, işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulmuş, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, hərbiçilər və mülki əhalidən olan sakinlər isə həlak olmuşlar. Belə ki, məcburi köçkünlərdən 16 nəfər həlak olmuş, 40 nəfər yaralanmış, məcburi köçkünlərin məskunlaşdığı 228 mənzilə ziyan dəymiş, onlardan 43 ev tamamilə dağıdılmış, 185 ev qismən dağıdılmış və 235-ə yaxın mal-qara tələf olmuşdur. Diqqətə çatdırılmışdır ki, sabahdan dağıdılmış mənzillərin bərpasına başlanılacaq və sakinlər öz mənzillərinə qayıdacaqlar.

Əli Həsənov onu da bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təmas xəttində yerləşən rayonlara səfəri, əsgər və zabitlərlə, cəbhəyanı kəndlərin sakinləri ilə və məcburi köçkünlərlə görüşməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb, qələbəyə inamı daha da artırıb. Bu bir daha onu göstərdi ki, bu gün Azərbaycan Prezidenti ilə xalq arasında, ordu arasında monolit birlik var. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan ordusu erməni təxribatlarının layiqli cavabını verdi. Bizim Prezidentimiz, dövlətimiz sülhsevər siyasət yeridir. Biz müharibə istəmirik, problemin sülh yolu ilə həllini istəyirik. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək.

 Baş nazirin müavini vurğulamışdır ki, 2005-ci ildən başlayaraq hər il ölkəmizə səfər edən bu missiya ümumilikdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2 milyon ABŞ dollarınadək vəsait xərcləmişdir. 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilmiş, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılmışdır. Ümumilikdə, 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxslər BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin aidiyyəti mərkəzi və yerli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanmışdır.

Ətraflı məlumata və səmimi görüşə görə minnətdarlığını bildirən Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi Azərbaycanda son illər aparılan abadlıq-quruculuq işlərindən, qaçqın və məcburi köçkünlər üçün yaradılan hər tərəfli şəraitdən məmnun olduğunu qeyd etmiş və Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Səfir qeyd etmişdir ki, Azərbaycan beynəlxalq aləmdə yalnız iqtisadi sahədə deyil, həmçinin siyasi sahədə də son zamanlar güclənməkdədir. Bundan əlavə, təbii sərvətlərlə zəngin olan Azərbaycanın neft yataqlarının inkişafında və boru kəmərlərinin çəkilməsində Yaponiya şirkətləri də fəal iştirak edir. Həmçinin Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna da investisiya yatırmaqda maraqlıdırlar və mən inanıram ki, bu, öz növbəsində, gələcəkdə iqtisadi əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.

1news.az

Paylaş:
693

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər