“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib | 1news.az | Xəbərlər
İdman

“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib

13:40 - 04 / 05 / 2016
“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib

Bu gün beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib.

1news.az-ın məlumatına görə, iştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km) qət edəcəklər. Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komandanın iştirakı edir ki, onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. Hazırda veloyürüşə Amerikanın “Terenqqanu” komandasından olan Mohd Zamri liderlik edir. “Synergy Baku”-nın heyətində Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Muqerli, Kirill Pozdnyakov və İoannis Tamuridis çıxış edir.

Məlumat üçün qeyd edək ki, idmançılar 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

1news.az

 

Paylaş:
724

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər